Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
Azərbaycan Mərkəzi Bankı "Statistik bülleten Fevral/2026"nı dərc edib.
Marja xəbər verir ki, Bülletendə bildirilir:
Bank sektoru
28 fevral 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, ATM-lərin sayı 3 min 507 olmuşdur. Hesabat ayının sonuna bank sektorunda çalışanların sayı 27 min 277 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 57 milyard 132.8 milyon manat, cəmi öhdəlikləri 49 milyard 617.4 milyon manat, balans kapitalı 7 milyard 515.4 milyon manat olmuşdur. Fevral ayında bankların cəmi aktivləri 0.3%, cəmi öhdəlikləri 0.2%, balans kapitalı isə 1.5% artmışdır.
Hesabat ayında bankların kredit portfeli 0.5% və ya 138.8 milyon manat artaraq 30 milyard 118.9 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.3% (16 milyard 058 milyon manat);
ıı) istehlak kreditləri – 31.4% (9 milyard 467.5 milyon manat)
ııı) ipoteka kreditləri – 15.3% (4 milyard 593.4 milyon manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75.2%-i və ya 37 milyard 290.6 milyon manat. Depozit portfelinin 54.8%-i (20 milyard 425.4 milyon manat) hüquqi şəxslərin, 45.2%-i (16 milyard 865.3 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 68.9%-i (11 milyard 626.2 milyon manat) milli valyutada, 31.1%-i (5 milyard 239.1 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.4%-i (10 milyard 686.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri fevral ayında 2% və ya 210.3 milyon manat, tələbli əmanətləri 6% və ya 349.5 milyon manat artmışdır.
2026-cı ilin fevral ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.5% (5009 əmanətçi), ilin əvvəlindən isə 4.1% (7948 əmanətçi) artaraq 202.1 min nəfər təşkil etmişdir.
Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 182.7 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.3%-ni təşkil etmişdir.
2026-cı ilin yanvar-fevral aylarında banklar 189.7 milyon manat xalis mənfəət, 301.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 2 ayında banklar tərəfindən ümumilikdə 47.7 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin fevral ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 10.6% artaraq 39 milyard 190.7 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 95.6 milyon manat azalaraq 3 milyard 166.1 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 191 min ədəd artaraq 22 milyon 347 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 13% artmış, kredit kartlarının sayı isə 8% azalmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, fevral ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 15% artmışdır. 2026-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 200 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 171 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 26 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin fevral ayının sonu ilə müqayisədə bankomatların sayı 7%, POS-terminalların sayı 49.1% artmışdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 12 d. əvvəl
-
- 16 d. əvvəl
- 18 d. əvvəl
-
56 d. əvvəl
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
-
59 d. əvvəl
Azərbaycan ilə Şimali Kipr arasında müntəzəm çarter reysləri başlayacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
2 saat əvvəl
"Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın!"
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABŞ və İran təxminən 4 ay davam edən müharibəni başa çatdırmaq üçün razılaşıblar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
Qızıl sülh xəbəri ilə bahalaşır
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Ən çox oxunanlar
"Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın!"
Neft kəskin ucuzlaşdı - Səbəb ABŞ və İranın müharibəni bitirmək, Hörmüz boğazını yenidən açmaq barədə razılaşmasıdır
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti

























