Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Neft kəskin ucuzlaşdı - Səbəb ABŞ və İranın müharibəni bitirmək, Hörmüz boğazını yenidən açmaq barədə razılaşmasıdır

AzVak-mobil_resmin_ustu_31
Neft kəskin ucuzlaşdı - Səbəb ABŞ və İranın müharibəni bitirmək, Hörmüz boğazını yenidən açmaq barədə razılaşmasıdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ və İranın Yaxın Şərqdə aylarla davam edən münaqişəni bitirməyə və Hörmüz boğazını yenidən açmağa yönəlmiş sülh razılaşması əldə etməsindən sonra bazar ertəsi neft qiymətləri 5 faizə uaxın düşüb.

Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, Brent markalı neft fyuçersinin qiyməti 4,8 faiz azalaraq bir barel üçün 83,12 dollara düşüb. West Texas Intermediate (WTI) markalı xam neft fyuçersləri isə 4,6 faiz ucuzlaşaraq bir barel üçün 80,95 dollar təşkil edib.

Ucuzlaşma ötən həftədən davam edən itkiləri genişləndirib və hər iki etalon markanı martın 10-dan bəri ən aşağı səviyyəyə endirib.

ABŞ Prezidenti Donald Tramp və İran rəsmiləri bazar günü hərbi əməliyyatları dayandıracaq və Hörmüz boğazından dəniz nəqliyyatının bərpasına imkan verəcək çərçivə sazişi elan ediblər.

Razılaşmanın bu həftə cümə gününədək imzalanacağı gözlənilir.

“Dünya gəmiləri, mühərriklərinizi işə salın. Neft axsın!” - Tramp sosial şəbəkədəki paylaşımında bildirib.

Məlumatlara görə, razılaşmanın layihə detalları sanksiyaların yumşaldılmasını, İranın nüvə fəaliyyətlərinə məhdudiyyətlər qoyulmasını və neft ixracının normallaşdırılması üçün tədbirləri əhatə edir. Bu isə ilin sonrakı dövründə təklifin yaxşılaşacağına dair gözləntiləri artırıb.

Hörmüz boğazının yenidən açılması perspektivi neft bazarlarının əsas diqqət mərkəzinə çevrilib. Bu su yolu qlobal neft və yanacaq istehlakının təxminən beşdə birinin daşındığı marşrutdur və bu ilin əvvəlində münaqişə başlayandan bəri təchizatla bağlı narahatlıqların mərkəzində olub.

Dəniz daşımalarında pozulmalar, sığorta xərclərinin artması və uzunmüddətli qıtlıq qorxuları böhranın pik dövründə Brent markalı neftin qiymətinin bir barel üçün 120 dollardan yuxarı qalxmasına səbəb olmuşdu.

İş elanları AzVak.az-da

15.06.2026 07:38
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19