“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
“AZENCO” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağını keçirəcək.
Şirkətin elanına əsasən, yığıncaq Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “AZENCO” ASC-nin Nizamnaməsinə uyğun olaraq 31 iyul 2026-cı il tarixində saat 14:00-da baş tutacaq.
Yığıncaq Mingəçevir Dövlət Universitetinin binasında keçiriləcək.
İclasın gündəliyinə cəmiyyətin idarə heyətinin illik hesabatı, illik hesabatın təsdiqi, maliyyə-təftiş komissiyasının hesabatı, həmçinin idarə heyəti, müşahidə şurası və maliyyə-təftiş komissiyasının yeni tərkibinin seçilməsi daxildir.
Bundan başqa, səhmdarlar cəmiyyətin maliyyə nəticələrini və mənfəətin bölüşdürülməsi məsələsini də müzakirə edəcəklər.
Gündəliyə digər məsələlər də daxil edilib.
1939-cu ildə Azərbaycanda istilik elektik stansiyalarının layihələndirilməsi, tikintisi və təmiri üzrə "Mərkəzi İstehsal Təmir" müəssisəsi kimi fəaliyyətə başlayan “AZENCO” ASC bu sahədə geniş təcrübə qazanmışdır. Azərbaycanda bu illərdə həyata keçirlmiş lahiyələrdə yer alan AZENCO ASC 2000-ci ilədək fəaliyyətini bu sahədə davam etdirmişdir. “AZENCO” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının qanunlarına əsasən 12 aprel 2002-ci ildə “Azərenerjitikinti” MMC kimi yaradılmışdır. 20 noyabr 2008-ci il tarixindən etibarən şirkət hüquqi adını “Azərenerjitikinti” MMC-dən “AZENCO” ASC-yə dəyişdirmişdir. Şirkət 2002-ci ldən başlayaraq Azərbaycan enerji sektorunda olan önəmli lahiyələrdə iştirak etmiş və bir çox inşaat işlərinin əsas podratçısı olmuşdur.
AZENCO ASC-nin xidmətlərinə elektrik stansiyaları və müxtəlif sənaye obyektlərinin layihələndirilməsi, tikintisi, quraşdırılması və istismarı daxildir. Şirkət yüksək keyfiyyətli layihələri vaxtında və büdcə daxilində yerinə yetirmək üzrə güclü təcrübəyə malikdir və Azərbaycanda aparıcı mühəndislik şirkəti kimi tanınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















