"Ekvita Consulting" universitet ilə əməkdaşlıq memorandumu imzalayıb
UNEC-də “Ekvita Consulting”in maliyyə dəstəyi ilə müasir standartlara uyğun təmir olunan auditoriyanın açılışı olub.
Açılış mərasimində UNEC rektoru professor Ədalət Muradov, “Ekvita Consulting”in direktoru İlqar Mehti, universitetin və şirkətin əməkdaşları iştirak ediblər.
Təhsilə verdiyi önəm və UNEC-ə göstərdiyi diqqət üçün “Ekvita Consulting” şirkətinin rəhbəri İlqar Mehtiyə təşəkkürünü bildirən rektor, göstərilən təşəbbüsün mənəvi dəyər daşıdığını vurğulayıb. Ədalət Muradov bu təşəbbüsün tələbələrin daha yaxşı təhsil almaları üçün motivasiya olacağını deyib.
İlqar Mehti UNEC-də tələbələrin yüksək bilik və bacarıqlara yiyələnmələri üçün ən müasir təcrübələrə əsaslanan yeniliklərin tətbiq olunmasını yüksək qiymətləndirib. Rəhbəri olduğu şirkətdə çalışan əməkdaşların 50 faizinin məhz UNEC-in məzunları olduğunu diqqətə çatdırıb.
Açılışdan sonra tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən, UNEC-in 5 tələbəsi “Ekvita Consulting”də ödənişli təcrübə keçmək imkanı əldə edəcək. Şirkət tərəfindən UNEC tələbələri üçün təqaüd proqramlarının təşkili, sertifikatlı təlimlərin və praktiki məşğələlərin keçirilməsi də nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)








