Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
(®) AccessBank gömrük, vergi, tibb və təhsil sahələrində çalışan şəxslər üçün nəzərdə tutulan nağd kredit kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində müştərilər 40 000 manatadək nağd krediti daha əlverişli şərtlərlə rəsmiləşdirə bilərlər.
Təklif çərçivəsində müştərilərə mövcud tariflərlə müqayisədə illik faiz dərəcəsində 7%-dək endirim təqdim olunur. Nağd kredit məhsulu üzrə illik faiz dərəcəsi minimum 10%, maksimum isə 17% təşkil edir. Kreditin Faktiki illik faiz dərəcəsi (FİFD) 14,46%-dən başlayır və seçilən müddətə, komissiya və kredit məbləğinə uyğun olaraq dəyişə bilər. Komissiya: 1-4%, kredit müddəti isə 6 aydan 48 ayadək nəzərdə tutulur.
Müştərinin istəyinə uyğun olaraq faizsiz kredit kartı da təqdim olunur ki, bu da gündəlik ödənişlərin daha rahat və çevik şəkildə idarə edilməsinə imkan yaradır.
Qeyd edək ki, kampaniya 19 noyabr 2025-ci il tarixində start götürüb və 31 mart 2026-cı il tarixinədək uzadılıb.
AccessBank müştərilərinə gündəlik ehtiyaclara uyğun, etibarlı və sərfəli maliyyə həlləri təqdim etməyə davam edir.
Daha ətraflı məlumat üçün: www.accessbank.az
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
12 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
12 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























