5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
Bu il yanvarın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çox olub.
Bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (3 milyard 295,1 milyon manat), “PAŞA Bank” (2 milyard 596,1 milyon manat), “Kapital Bank” (2 milyard 570,9 milyon manat), “Xalq Bank” (218,1 milyon manat) və “Azər-Türk Bank”dır (189,8 milyon manat).
Qalan 17 bankdan 2-də qiymətli kağızlara investisiyalar 100-150 milyon manat arasında, 11 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 1-10 milyon manat arasında olub.
2 bankın isə kapital bazarına investisiyaları olmayıb.
Son 1 ildə 22 bankdan 10-nun qiymətli kağızlara investisiyaları azalıb. Ən çox azalma “Bank BTB”də (100%), ən az azalma isə ABB-də (6,8%) qeydə alınıb.
11 bankın isə kapital bazarına investisiyaları artıb. Ən yüksək dinamika “Premium Bank”da (16,6 dəfə), ən aşağı dinamika isə “Rabitəbank”da (2,3%) qeydə alınıb.
Bazar iştirakçılarından birinin – “Azərbaycan Sənaye Bankı”nın son 1 ildə qiymətli kağızlar bazarına investisiyaları olmadığı üçün dinamikanı hesablamaq mümkün olmayıb.

© Yurd.Media
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti






















