"400 milyonluq həddi də keçə bildik və öz rekordumuzu yenilədik"
"Hesablamalar hələ tam yekunlaşmayıb. Xatırladım ki, 2021-ci ildə rekord nəticə göstərmişdik. 300 milyon manatlıq sığorta yığımları toplayaraq ölkənin sığorta bazarının tarixində ən yüksək nəticə əldə etdik. İnkişafımızın məntiqli davamı olaraq 2022-ci ildə əlavə 100 milyon sığorta haqları toplamaqla 400 milyonluq həddi də keçə bildik və öz rekordumuzu yenilədik".
Marja xəbər verir ki, bunu "PAŞA Həyat Sığorta" ASC İdarə Heyətinin sədri Niyaz İsmayılov illik geniş müsahibəsində bildirib.
İsmayılov qeyd edib ki, "PAŞA Həyat Sığorta"nın uğurlarının əsas səbəblərindən biri, bəlkə də birincisi daxildə sağlam mədəniyyətin-mühitin olmasıdır:
"Biz bunun üzərində daim işləyirik. Bizim istedadların fəaliyyəti üçün bu çox önəmlidir. Əks halda, biz heç cür inkişaf edə bilmərik. Bu mühiti qorumaq və inkişaf etdirmək naminə bir sıra şirkətdaxili proqramlar həyata keçirilir".
Niyaz İsmayılov əlavə edib ki, PAŞA Həyat şirkəti uzun illərdir 2 əsas məhsula istiqamətlənmiş biznes fəaliyyəti sərgiləyir:
"Bunlar “Həyatın Yaşam Sığortası” və “İstehsalatda Bədbəxt Hadisələr” sığorta məhsullarıdır. Sığorta yığımları baxımından “İstehsalatda Bədbəxt Hadisələr” məhsulu üzrə 2022-ci ildə 21%, “Yaşam sığortası” üzrə isə 41% artım əldə edə bilmişik.
Keçən ilki müsahibəmdə bildirmişdim ki, dövlət tərəfindən tənzimlənməyən məhsullar sektorunda fəaliyyətimizi genişləndiririk. Bu il xüsusən “Gəlirli Həyat Sığortası” məhsulunu qeyd etmək istərdim. Bu məhsul üzrə keçən il 29 milyon manat əldə etmişdiksə, 2022-ci il ərzində artıq bu nəticəni 50 milyona çatdırmağa müvəffəq olmuşuq. Bundan əlavə, deyim ki, 2023-cü ildə də biznesimizi bu istiqamətdə ciddi şəkildə inkişaf etdirəcəyik və paralel olaraq mikro sığortalar üzrə çalışacağıq. Düşünürəm ki, gələn ilin sonunda yeni sahədən pozitiv nəticələr əldə edəcəyik".
HƏMÇİNİN OXU: “Biz ölkənin sığorta sahəsində iqtisadi katalizator rolunu oynayacağıq” – "PAŞA Həyat"ın sədri ilə müsahibə
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























