Şirkət rəhbəri hədə-qorxu yolu ilə ondan 200 min manat pul alındığını iddia edir
Bakıda şantaj edildiyini bildirən əcnəbi ölkə vətəndaşı hüquq-mühafizə orqanlarına müraciət edib.
Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edən Böyük Britaniya vətəndaşı, 1966-cı il təvəllüdlü C.G bildirib ki, bu ilin mart ayından etibarən Azərbaycan vətəndaşı olan 3 nəfər tərəfindən şantaj edilir. O qeyd edib ki, özlərini Elnarə, Vüqar və Jasmin kimi təqdim edən şəxslər onu intim görüntülərini yaymaqla hədələməyə və pul tələb etməyə başlayıb.
Şikayətçi geridə qalan 10 ay ərzində həmin şəxslərin hədə-qorxu yolu ilə ondan 200 min manat pul aldıqlarını əlavə edib.
Qeyd edək ki, polisə müraciət edən Britaniya vətəndaşı 10 ildir ki, Bakıda yaşayır və əcnəbi şirkətlərdən birində rəhbər vəzifədə çalışır. O, azərbaycanlı qadınla evlidir.
C.G-nin müraciəti ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
©“Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
8 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"






















