Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) ABB 26 may 2026-cı il tarixində istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə bank kapital bazarına 5-ci və 6-cı buraxılış olmaqla iki yeni istiqraz çıxarır. Hər buraxılışın həcmi 5 000 000 AZN, ümumi emissiya məbləği 10 000 000 AZN-dir.

Reklam_3_11

İstiqrazların nominal dəyəri 100 AZN, valyutası AZN-dir. 5-ci buraxılış üzrə illik kupon dərəcəsi 9%, 6-cı buraxılış üzrə isə 10% müəyyən edilib. Müddətlər müvafiq olaraq 12 və 24 aydır. Hər iki emissiya faizli, təmin edilməmiş istiqrazlar kateqoriyasına aiddir.

Kupon ödənişləri bu dəfə rüblük deyil, aylıq əsasda həyata keçiriləcək. Emissiya abunə yazılışı formatında aparılır. Yerləşdirmə prosesi 22 gün davam edəcək.

Prosesdə anderrayter və market-meyker funksiyalarını “ABB İnvest İnvestisiya Şirkəti” QSC həyata keçirir.

ABB bu emissiya ilə kapital bazarında davamlı aktivliyi dəstəkləməyi, investorlar üçün mütəmadi və əlçatan investisiya imkanları yaratmağı hədəfləyir.

Qeyd edək ki, bankın may ayında həyata keçirdiyi əvvəlki istiqraz emissiyası da uğurla tamamlanıb. Ümumilikdə 10 milyon AZN həcmində buraxılış tam yerləşdirilib və yüksək investor marağı nəticəsində sifarişlərin həcmi təklifi təxminən 3 dəfə üstələyib.

ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyaları üzrə cədvəllə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan edildikcə dəqiq tarixlər səhifədə göstəriləcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

26.05.2026 19:24
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19