"Biz buludları dağıdırıq, dolu yağışa çevrilir, meyvə bağına ziyan dəymir”

Dekabrın 2-də Şəkinin Orta Zəyzid kəndində açılışı olan “Green Factory” MMC-nin quru meyvə istehsalı müəssisəsi də gələn ildən Azərbaycanın ixrac potensialının artmasına öz töhfəsini verəcək.
MMC-nin direktoru Zəka Xanlarov bildirib ki, meyvə bağı dövlətimizin başçısının istifadəyə yararsız torpaqların yenidən əkinə qazandırılması ilə bağlı tövsiyəsinə uyğun olaraq 2015-ci ildə çaylaq ərazidə yaradılıb. Bağ salınarkən ərazidən 1800 yük maşını çay daşı təmizlənərək çıxarılıb. Hazırda müəssisənin 100 hektar bağ sahəsi var. Həmin ərazidə Fransa, İtaliya və Türkiyədən gətirilmiş 55 mindən çox meyvə ağacından, o cümlədən şaftalı, nektarin, ərik, gavalı, xurma, gilas, alma və alça meyvələrinin bir neçə növündən ibarət bağ salınıb. Meyvə bağının suvarma suyu ilə təminatı üçün 8 artezian quyusu qazılıb, ümumi həcmi 15 min kubmetr olan sututarlar tikilib. Ərazinin fasiləsiz və səmərəli suvarılması məqsədilə 2 su nasosundan ibarət stansiya qurulub, müasir suvarma texnologiyalarının bütün texniki normalarına uyğun damcılama suvarma sistemi yaradılıb.
Onun sözlərinə görə, bağ dağlıq ərazidə yerləşdiyindən təbii iqlim şəraiti, vaxtaşırı dolunun yağması meyvə tinglərini məhv edir, inkişafını ləngidirdi. Xüsusilə 2019-cu ilin mayında əraziyə diametri 3 santimetrədək olan dolunun yağması müəssisəyə 3 milyon manatadək ziyan vurub.
“Doludan qorunmaq üçün iki variantımız var idi - dolu setkaları və yaxud doluya qarşı sistem (dolu topları) almaq. Dolu setkalarının qiyməti 1 milyon ABŞ dollarıdır. Həm də 5 ildən bir dəyişilməlidir. Biz dolu toplarına üstünlük verdik. Hazırda Avropada ən çox istifadə olunan dolu toplarıdır. Dolu topları həddindən artıq partlayıcı gücə malik asetilen qazla işləyir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqaviləmiz var. Nazirlik dolunun olacağını əvvəlcədən bizə məlumat verir. Biz doluya qarşı sistemdən istifadə edərək buludları dağıdırıq və dolu yağışa çevrilir. Qeyd edim ki, sistemdən ətraf kəndlərin əhalisi də yararlanır, təsərrüfatlarına ziyan dəymir”, - deyə Zəka Xanlarov vurğulayıb.
Logistik mərkəz açılanadək tam şərait olmadığına görə, bağdan dərilən meyvələr satış üçün sadə formada daxili bazarlara çıxarılır, həmçinin Rusiyaya göndərilirdi. Yeni istifadəyə verilən logistik mərkəzə ümumi həcmi 1000 kubmetr olan 9 soyuducu kamera, gündəlik istehsal gücü 3 ton olan qurutma, saatda 5 ton istehsal gücü olan çeşidləmə və qablaşdırma avadanlıqları, anbar binası, ofis və digər yardımçı binalar daxildir.
Gələcək planlar barədə məlumat verən Zəka Xanlarov deyib: “Növbəti mövsümdən tam gücümüzlə fəaliyyət göstərəcəyik. Quru meyvəyə həddindən çox sifarişimiz var. Təkcə Rusiyanın Veliki Novqorod şəhəri ilə hər ay 60 ton quru meyvə göndərməklə bağlı müqavilə bağlamışıq. Nəzərə alsaq ki, 1 kiloqram meyvədən 20 faiz çıxış var, bu, yaxşı gəlir deməkdir. Avropa bazarlarına çıxmaq üçün sertifikata ehtiyacımız var. Biz Global GAP sertifikatı ilə bağlı artıq müraciət də etmişik. İnanırıq ki, gələn ildən məhsullarımızı Avropa bazarlarına da ixrac edə biləcəyik”.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 17 saat əvvəl
-
18 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
20 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
