"Viruslar aşkar edilib, təsərrüfatlarda hektarlarla ərazidə bütün bitkilər məhv edilib"
Ölkəyə idxal olunan bitki və bitkiçilik məhsullarında aşkar edilən karantin zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə 104 bildiriş (Rusiya-46, Gürcüstan-22, Türkiyə-15, Ukrayna-5, İran-10, Qazaxıstan-5, Niderland-1) göndərilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib.
O bildirib ki, ölkə ərazisində mövcud olan pomidor və bibər toxumunun satış müəssisələrində monitorinqlər aparılıb:
"Monitorinqlər zamanı 20 pomidor toxumu nümunəsində təhlükəli viruslar aşkar edilib. Aparılmış monitorinqlər zamanı təsərrüfatlarda hektarlarla ərazidə bütün bitkilər məhv edilib".
Q.Təhməzli qeyd edib ki, pestisid və aqrokimyəvi maddələrin saxlanıldığı anbarlarda və satışı yerlərində aparılmış monitorinqlərdə 155 saxlama yerində ciddi nöqsanlar aşkarlanıb, 7 məhsul nümunəsi etiketdə göstərilən tərkib göstəriciləri ilə uyğunsuzluq təşkil edib, 11 məhsulun dövlət qeydiyyatı olmadan satılması müəyyən edilib. Qeydiyyatı olmayan 2 məhsulun tərkibində təsiredici maddə ümumiyyətlə aşkarlanmayıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 19 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?






















