Magistral su kəmərində qəza baş verib, Bakı-Qazax yolunu su basıb - YENİLƏNİB
Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi magistral su xəttində baş vermiş qəza yerinə gedib
"Qaradağ rayonu ərazisində su magistralının partlaması nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir".
Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov deyib.
Füzuli Əsədov bildirib ki, hazırda hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub. Əraziyə FHN-in 10-dan artıq texnikası və 14-ə yaxın nasosu gətirilib.
"Birinci növbədə çalışırıq ki, magistral yolun tam açılmasına nail olaq. Bununla bağlı görülən tədbirlər nəticəsində artıq yolda hərəkət qismən təmin olunub", - deyə F. Əsədov bildirib.
XXX
Baş nazirin müavini magistral su kəmərində baş vermiş hadisə yerinə gedib
"Su borusunda baş verən partlayışa görə şəhər ərazisində, həmçinin Lökbatan qəsəbəsində suyun verilməsində problem yaranmayıb".
Bunu Bakı-Qazax yolunda magistral su kəmərindəki qəza zamanı ərziyə gələn Baş nazirin müavini Şahin Mustafayev deyib.
Baş nazirin müavini qeyd edib ki, hazırda hadisənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
XXX
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.
DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir:
"Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur".
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində avtomobil yolunu su basması ilə bağlı Bakı-Qazax magistralı və əks istiqamətdə uzun tıxaclar yaranıb. Hadisə yerində olan sürücülər bildiriblər ki, onlar artıq 40 dəqiqədən artıqdır ki, tıxacda dayanıblar. Yolda hərəkətin iflic vəziyyətə düşdüyü bildirilir.
XXX
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.
XXX
Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.
Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, "Azərsu" ASC birlikdə tədbirlər görür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
7 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 7 saat əvvəl
-
7 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"






















