Duma Ukraynanın 4 regionunun Rusiyaya birləşdirilməsinə dair müqavilələri ratifikasiya edib
Rusiya Dövlət Dumasında Ukraynanın dörd regionunun Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putin tərəfindən təqdim olunan qanun layihəsinə baxılıb.
Dumanın bu gün keçirilən iclasında Rusiya xarici işlər naziri, Rusiya prezidentinin məlum qanun layihəsi ilə bağlı parlamentə təyin etdiyi səlahiyyətli nümayəndəsi Sergey Lavrov çıxış edib.
O, deputatları məlum qanun layihəsini ratifikasiya etməyə çağırıb.
Daha sonra Dumanın MDB komitəsinin sədri Leonid Kalaşnikov və parlamentin spikeri Vyaçeslav Volodin çıxış ediblər.
Sonda qanun layihəsi səsə qoyulub. İclasda iştirak edən deputatların hamısı yekdilliklə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin RF-yə birləşdirilməsini nəzərdə tutan federal qanun layihəsinin lehinə səs verərək sənədi ratifikasiya edib.
Qeyd edək ki, sentyabrın 30-da Ukraynanın dörd separatçı regionu Kremldə Rusiya Federasiyasının tərkibinə daxil olmaq barədə müqavilə imzalayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir




























