"Unibank"ın yeni səhmlərini alan şəxslərin adları açıqlandı - YENİLƏNİB
Unibankın yeni emissiya etdiyi hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz 16 milyon 275 min manatlıq səhmlərinin 10 milyon 316 min 824 manatlıq hissəsi (3 792 950 ədəd səhm) Qəribov Eldar Mahmud oğlu, 33 min 284,64 manatlıq hissəsi (12 min 237 ədəd səhm) Hüseynov Faiq Arif oğlu, 42 min 747,52 manatlıq hissəsi (15 min 716 ədəd səhm) Quliyev Emin Natiq oğlu tərəfindən alınıb.
Marja.az xəbər verir ki, əqdin bağlanmasından sonra "Unibank"ın nizamnamə kapitalında Qəribov Eldar Mahmud oğlu 45 447 313 ədəd səhm ilə 86,6960%, Faiq Hüseynov Arif oğlu 146 631 ədəd səhm ilə 0,2797 %, Quliyev Emin Natiq oğlu 188 min 308 ədəd səhm ilə 0,3592% paya malikdir.
Yeni səhmlər möcvud səhmdarların paylarına uyğun bölüşdürülüb.
Eldar Qəribov “Unibank”Kommersiya Bankı” ASC Müşahidə Şurasının sədri, Quliyev Emin Natiq oğlu Müşahidə Şurası sədrinin müavini, Faiq Hüseynov isə İdarə Heyətinin sədridir.
30 İyun 2022-ci il tarixində “Unibank”Kommersiya Bankı” ASC-nin nizamnamə kapitalı 9 fiziki və 1 hüquqi şəxsə, o cümlədən 86,69%-i Eldar Qəribova (Bankın Müşahidə Şurasının sədri), 7,3096%-i "Canley Finance" (Lüksemburq) təşkilatına aid idi.
Xatırladaq ki, 29 aprel 2022-ci il tarixdə “Unibank Kommersiya Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı kapitalın artırılması ilə bağlı qərar verib. Bankın hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlərinin buraxılışı haqda hesabatı 20 iyul 2022-ci il tarixində Mərkəzi Bankda dövlət qeydiyyatına alınıb.
Avqustun 4-də Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin AZ1003002024 dövlət qeydiyyat nömrəli, 11 milyon 900 min manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşıb. Abunə yazılışı zamanı yerləşdirmənin anderrayteri olan “Unicapital İnvestisiya Şirkəti” ASC-yə 10 investor tərəfindən 10 sifariş təqdim edilib. Bakı Fond Birjasında keçirilən hərracın nəticəsi olaraq, səhmlər Bankın 10 investoru (səhmdarları) tərəfindən alınıb. Səhmlərin alışı proporsional qaydada baş verdiyindən, nizamnamə kapitalının artımı nəticəsində səhmdarların pay bölgüsündə dəyişiklik olmayıb.
11 avqust 2022-ci il tarixində səhm emissiyası yekunları haqqında hesabat Mərkəzi Bankda dövlət qeydiyyatına alınıb. Nəticədə Bankın məcmu kapitalı ümumilikdə 12 milyon manata yaxın artaraq, 142 milyon 586 min 357 manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
23 saat əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
- 1 gün əvvəl
-
2 gün əvvəl
Alüminiumun qiyməti 2022-ci ildən bəri ilk dəfə 3 min dollar səviyyəsini keçdi
-
3 gün əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
3 gün əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ-dən Venesuelaya tarixi müdaxilə
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
























