Mastercard Azərbaycanda GooglePay-i işə saldı
“GƏLƏCƏK İNDİDİR”(®) Rəqəmsal ödənişləri gündəlik həyatın bir parçasına çevirərək, Mastercard Azərbaycanda ödənişlərin rəqəmsallaşdırılması proseslərinə rəhbərlik etməkdədir. Bir neçə il öncə işə salınmış Nağdsız Azərbaycan proqramı hazırda maliyyə mənzərəsini tamamilə dəyişərək ödəniş proseslərinə şəffaflıq və rahatlıq, ölkə iqtisadiyyatına isə güc qatıb. Texnologiyaya olan inamın artması ilə Azərbaycanda təmassız ödənişlər populyarlıq qazanıb.
Smartfonlar bir ünsiyyət vasitəsindən daha artıq olublar və insanlar tərəfindən bir yerdən başqa yerə getmək, müxtəlif tədbirlərdə iştirak etmək, yemək sifariş vermək üçün istifadə edildiyi bir vaxtda artıq loyallıq və bank kartları daşıyıcılarına da çevriliblər.
Bu gündən etibarən Azərbaycanda Mastercard sahibləri kartlarını Google Wallet-ə (Google Cüzdan) əlavə edə və təmassız ödənişlərin qəbul edildiyi yerlərdə Android telefonları və geyilə bilən ağıllı cihazları ilə ödəniş edə biləcəklər.
Mastercard-ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal “Nağdsız Azərbaycan” proqramının başlanmasının ardından ölkədə ödəniş kartlarının sayının iki dəfə artdığını bildirib. “Biz Azərbaycanı nağdsız gələcəyə aparmaq əzmindəyik. Ona görə də bizim bütün layihə və planlarımız Rəqəmsal və Nağdsız Gələcək üçün infrastrukturun yaradılmasına xidmət edir. Pandemiya dövrü başlayandan bu yana ölkədə bir sıra layihələr həyata keçiririk ki, bu da nağdsız ödənişlərin sayının artmasına və nəticədə istifadəçilər arasında məlumat və inam səviyyəsinin artmasına səbəb olub. Ölkədaxili POS-dan istifadə 2,6 milyard manatdan 11 milyard manata, elektron ticarətin payı isə artaraq 9 faizdən 30 faizə yüksəlib. Bu artım tempi 4 il ərzində e-ticarət həcmlərinin 10 dəfədən çox artması deməkdir.
Son 50 ili müqayisə etsək, qarşıdakı 5 il daha çox dəyişikliklər vəd edir. Belə ki, 2025-ci ildə ölkə əhalisinin demək olar ki yarısı mobil internetdən istifadə edəcək, bütün internetə qoşulmaların 85%-i smartfonlar vasitəsilə həyata keçiriləcək və 2025-ci ilə qədər mobil telefon istifadəçilərinin sayında bir milyona yaxın artım gözlənilir. Mobil təmassız nüfuzun yüksək olduğu ölkələrdə ümumi təmassız ödəniş qəbul 90 faizə çatıb. Onu deyim ki, Azərbaycanda POS cihazların 82%-i təmassız ödənişləri qəbul edir və indi smartfonlar da POS cihazıdır deyə bilərik. Şamaxıda başlatdığımız kimi, təmassız kartlar və smartfonlar ictimai nəqliyyatda da ödəniş vasitəsinə çevriləcək”.
Google Wallet Vitse-Prezidenti və Baş Meneceri Cenni Çenq qeyd edir ki, bu texnologiya istənilən Android telefonu və ya geyilə bilən ağıllı cihaz ilə sürətli, asan və təhlükəsiz ödəniş üsulu təmin edir. “Toxundurun və qatara minin, mağazalarda ödəmək üçün toxundurun, biletinizə asanlıqla daxil olun, loyallıq kartlarınızı saxlayın və s. Hara getməyinizdən asılı olmayaraq hər şeyi bir arada qoruyun".
GooglePay-i Azərbaycana gətirən Mastercard müştərilər üçün daha təhlükəsiz, daha etibarlı xüsusi ödəniş imkanları təqdim edir, yəni onlara bank kartlarını başqalarına vermək, düymələrə fiziki toxunuşlar etmək və ya nağd pul mübadiləsi kimi bəzi əməliyyatlardan uzaqlaşmağa kömək edir.
GooglePay Mastercard tərəfdaşı olan ABB, Kapital Bank, Bank Respublika, Unibank, Rabitabank və Paşabank kimi banklarda mövcuddur. Bu banklar Mastercard kart sahiblərinə GooglePay-də qeydiyyatdan keçmək və kartları ilə ödənişlər etmək müqabilində üstünlüklər verəcəklər. Bununla yanaşı, biz Mastercard olaraq ölkə daxilində müxtəlif ticarət müəssisələri və brend mağazalarında fərqli kampaniyalarımız çərçivəsində üstünlüklər təqdim edirik (ticarət müəssisələri və brend mağazaların tam siyahısı: https://mstr.cd/gpay)
Redaktor qeydləri:
Mastercard (NYSE: MA) haqqında, www.mastercard.com
Masterсard ödəniş sənayesi sahəsində fəaliyyət göstərən qlobal bir texnologiya şirkətidir. Bizim missiyamız əməliyyatları daha təhlükəsiz, sadə, ağıllı və əlçatan etməklə hər kəsə hər yerdə faydalı olan əhatəli, rəqəmsal iqtisadiyyat yaratmaq və onu gücləndirməkdir. Təhlükəsiz məlumatlar və şəbəkələr , tərəfdaşlıqlar və istəkdən istifadə edərək bizim innovasiya və həllərimiz fərdlərə, maliyyə institutlarına, hökümətlərə və şirkətlərə özlərinin ən böyük potensialını reallaşdırmaqda kömək edir. Bizim nizam-intizam əmsalımız bizim mədəniyyətimizə və şirkət daxilində və xaricində gördüyümüz hər bir işə stimul verir. Biz, 210-dan çox ölkə və bölgədəki bağlantılarımızla hər kəs üçün qiymətsiz imkanlar açan dayanıqlı bir dünya qururuq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
33 d. əvvəl
Enerji obyektlərinin vurulması ilə neft qiymətlərində kəskin artım baş verdi
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
14 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
14 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
14 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
14 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
-
15 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
15 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı - SON DƏQİQƏ
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
Ən çox oxunanlar
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi





















