Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq  - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
iç səhifə xəbər şəkil altı (mobil)_32

Yeni investisiya layihəsi çərçivəsində Azərbaycan şirkəti tərəfindən Dağıstanda iri aqrar layihənin icrasına başlanılır.

Marja xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu – 2026 çərçivəsində Azərbaycanın kənd təsərrüfatı sahəsində aparıcı şirkətlərindən olan “İSFA” MMC ilə Dağıstanın “RBR” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Azərbaycanın kənd təsərrüfatı təcrübəsində əlamətdar hadisələrdən hesab edilən müqavilənin ümumi dəyəri 3,4 milyon manatdan çoxdur.

Müqaviləni “İSFA” MMC-nin direktoru Samir Xeyirbəyov və “RBR” MMC-nin baş direktoru Ruslan Gereyeviç Gereyev imzalayıblar.

Sözügedən müqaviləyə əsasən “İSFA” MMC tərəfindən Dağıstanın Dərbənd rayonunda yerləşən Vəlikənd ərazisində yaradılacaq aqroparkın 300 hektarında zeytun bağı, 20 hektarında tingçilik sahəsi, 40 hektarında müxtəlif növ meyvə ağaclarından ibarət nümayiş bağı, 10 hektarında isə damazlıq bağı və aqro turizm zonası qurulacaq.

Layihə çərçivəsində yaradılacaq aqroparkda istifadə ediləcək meyvə ağacları və tinglər 2025-ci ilin iyununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı olmuş Yevlax Pilot Aqroparkda yerləşən “İSFA” MMC-nin təsərrüfatında yetişdiriləcək.

Sözügedən müqavilə ölkəmizdə kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayacaq, ixrac imkanlarının genişlənməsinə təkan verəcək. Azərbaycan əvvəl tingin idxalçısı idisə artıq “İSFA” MMC tərəfindən bu sahəyə olan təlabat tam ödənilməklə yanaşı ölkəni sözügedən məhsul sahəsi üzrə ixracatçıya çevirib.

Eyni zamanda “İSFA” MMC tərəfindən növbəti mərhələdə aqroparkın ərazisində zeytun yağı zavodunun da qurulması nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən tədbirdə Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor Şukin, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və s. rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq İSFA MMC RBR MMC Dağıstanda aqropark Dərbənd rayonunda aqropark Vəlikənd aqropark layihəsi Azərbaycan aqrar şirkəti Azərbaycan kənd təsərrüfatı Rusiyada Azərbaycan investisiyası Dağıstanda Azərbaycan layihəsi aqropark layihəsi aqrar investisiya layihəsi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 2026 SPBİF 2026 İSFA RBR müqaviləsi Samir Xeyirbəyov Ruslan Gereyeviç Gereyev 3 4 milyon manatlıq müqavilə Azərbaycan-Dağıstan əməkdaşlığı Azərbaycan-Rusiya aqrar əməkdaşlığı kənd təsərrüfatında beynəlxalq əməkdaşlıq zeytun bağı 300 hektar zeytun bağı tingçilik sahəsi 20 hektar tingçilik sahəsi nümayiş bağı meyvə ağacları ba
08.06.2026 17:21
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19