Deputat Rüfət Quliyev: “Ərzaq məhsullarının bahalaşmasının 3 əsas səbəbi var”
“Dünyada ərzaq məhsullarının bahalaşmasının 3 əsas səbəbi var. Bahalaşmanın köklərini axtaranda ilk növbədə pandemiyanı qeyd etməliyik”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib.
Rüfət Quliyev deyib ki, pandemiya dövründə dünya iqtisadiyyatında 8 faiz geriləmə oldu: “Ən çox zərər çəkən sahələrdən də biri nəqliyyat və logistika oldu, bu sahədə 77-75 faizlik iflasdan söhbət gedir. Bura turizm də daxildir. Dünya miqyasında pandemiyanın turizmə ziyanı 75 faiz civarında göstərilir. İkincisi, postpandemiya dövründə dünyada böyük investisiya qoyuluşları, iqtisadiyyatın inkişaf etdirilməsi prosesi uğurlu getməd. Üçüncüsü, Rusiya-Ukrayna müharibəsidir. Dünyada taxıl ixracağının 30 faizi Rusiya və Ukraynanın payına düşür. Taxıl və buğdadan başqa bir sıra kənd təsərrüfatı məhsullarını götürsək, dünya miqyasında ixracatın 10-15 faizi bu iki ölkənin payına düşür. Ona görə də müharibə nəticəsində dünya bazarına böyük zərbə dəydi”.
Deputat qeyd edib ki, bazar iqtisadiyyatı tələb, təklif və rəqabətlə idarə olunur: “Tələb artanda, təklif tələbi qarşılamayanda qiymətlər qalxır. Dünya bazarında qida məhsullarının qiymətinin artmasının təsirləri yenə də davam edir. Rusiya-Ukrayna müharibəsindən əlavə Suriyada müharibə nəticəsində son 10 ildə bir neçə milyon hektar torpaq yararsız hala düşüb. Yəni ərazilər minalanıb, zirehli texnikaların tapdağına çevrilib, bombalanıb. Bunların hamısı da son nəticədə bu problemlərə gətirib çıxarıb. Onu da nəzərə almaq lazımdır ki, müharibə olan ölkələrdə hazırda əkin aparılmır. Məsələn, son məlumatlara görə, gələn il Ukrayna keçən il əldə olunan məhsulun maksimum 50 faizini dünya bazarına çıxara biləcək. Gübrələrin də bahalaşdığını unutmaq olmaz”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü neft-qaz bazarında müşahidə olunan proseslərə də toxunub: “Bu bazarda da xüsusi oyunçular var. Neft-qaz sektorunda gedən oyunlar barəsində Prezident İlham Əliyev bir neçə dəfə maraqlı açıqlamalar verdi. Bunun arxasında dünyanı idarə edən bəzi qruplar, insanlar var. Bu qruplar, insanlar ümumbəşər daxili məhsulunun 55 faizinin sahibidirlər. Onların özləri heç dünyada əhalinin 1 faizinə bərabər deyillər”.
Rüfət Quliyev dünyada baş verən proseslər fonunda Azərbaycanın müvafiq tədbirlər gördüyünü, addımlar atdığını söyləyib: “Azərbaycan 2022-2023-cü illər üçün Rusiyadan 1,5 milyon ton taxıl sifariş edib. Bu da keçən ilə nisbətən 40 faiz çoxdur. Təbii ki, Azərbaycanın imkanı və münasibətləri var. Biz istənilən məhsulu istənilən ölkədən dünya qiymətlərinə ala bilərik. Azərbaycanın Rusiya ilə münasibətləri də çox yaxşıdır. Azərbaycana innovativ texnologiyalar gətirilərək istifadə edilir. İqtisadiyyatın ekstensiv formadan intensiv inkişaf formasına keçirik. Bu mərhələni də uğurla keçəcəyik. Təbii ki, bu, 1 ilin, 3 ilin məsələsi deyil, proses illərlə çəkəcək. Nəticədə get-gedə Azərbaycan özünü qida, ərzaq məhsulları ilə daha çox təmin edəcək. Bunun üçün Prezidentin göstərişi ilə əsaslı addımlar atılıb. Təbii ki. Azad olunmuş ərazilərdə ən azı 600-700 min, hətta bəzi ekspertlər 1 milyon hektardan çox münbit torpaqdan danışırlar. Bu ərazilərdən 100 min hektarı artıq hazırdır. Biz bu torpaqdan tədricən kənd təsərrüfatı məhsulları yetişdirmək üçün istifadə edəcəyik. İnanıram ki, aparılan siyasət nəticəsində inflyasiyanı cilovlaya biləcəyik. Çalışacağıq ki, kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın, buğdanın qiyməti çox artmasın”.
©️APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
6 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
7 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
7 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
7 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar















.jpg)
