“Expressbank” ilin ikinci rübünü 8 milyon manat mənfəətlə başa vurdu
(®) “Expressbank” ASC müasir dünyamızda maliyyə və bank sektoruna aid olan ən son innovasiyaları və yenilikləri fəaliyyət mexaniziminə tətbiq edərək ölkənin aparıcı banklarından birinə çevrilmişdir. Bank müvəffəqiyyət tarixinə daha bir uğurlu statistik göstəricini əlavə etmişdir.
Bankın yaydığı məlumatda bildirilir ki, bu dəfə “Expressbank” ASC 2022-ci ilin ikinci rübünü 8 milyon manat mənfəətlə başa vurub. Xüsusilə bildirmək istərdik ki, keçən ilin ikinci rübü ilə müqayisədə bu ilin ikinci rübünü 30% artım ilə tamamlamaqla olduqca uğurlu nəticə əldə etmişdir.
Aktivlərin həcmində artım qeydə alınmışdır
Yuxarıda da qeyd etdiyimiz üzrə bank bir çox komponentlərdə keçən ilin ikinci rübü ilə müqayisədə 2022-ci ilin ikinci rübündə də artım əldə etmişdir. Bu uğurlu nəticə bankın aktivlərinin həcminə də öz təsirini göstərmişdir. Bankın aktivləri keçən ilin sonu ilə müqayisədə 5% artaraq 369,581 milyon manat olmuşdur.
Depozit portfelinin həcmi böyümüşdür
Bank-müştəri münasibətlərində olan inam və güvən özünü bu dəfə də statistik göstəricilərdə göstərmişdir. Belə ki, bankın keçən ilin sonu ilə müqayisədə bu ilin ikinci rübündə depozit portfelinin həcmi 6% artmış və 165,528 milyon manat olmuşdur.
Kreditlərin ümumi payında artım qeydə alınıb
“Expressbank” ASC hər zaman müştərilərinin arzularını gerçəkləşdirməsi üçün sərfəli və uyğun şərtlərlə kredit məhsullarını təklif edir. Müştərilər üçün həyata keçirilən sərfəli və uyğun kampaniyalar onların böyük marağına səbəb olmuş və bu özünü kredit müraciətlərində də əks etdirmişdir. Ötən ilin sonu ilə müqayisədə bu ilin ikinci rübündə bankın ümumi kredit portfeli artmış və 273,345 milyon manat olmuşdur.
Kapitalın həcmində artım müşahidə olunub
Hesabatda kapital həcminə aid olan artımı da xüsusi olaraq vurğulaya bilərik. Ötən ilin sonu ilə müqayisədə 2022-ci ilin ikinci rübündə bankın kapitalında da artım olmuşdur. Kapital həcmi 6% artaraq 132,256 milyon manat nəticə göstərmişdir.
2022-ci ilin ikinci rübündə keçən ilin müvafiq dövrü ilə müqayisədə “Expressbank” ASC-nin həm faiz gəlirləri, həm də qeyri-faiz gəlirlərində də artım olmuşdur. İlin ikinci rübündə bankın faiz gəlirləri 16% artaraq 23,566 milyon manat məbləğinə, qeyri-faiz gəlirləri isə 23% artaraq 8,822 milyon manat məbləğinə çatmışdır.
Bütün statistik nəticələri izləyərkən qeyd edə bilərik ki, “Expressbank” ASC-nin ikinci rüb üzrə xalis faiz gəliri keçən ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 18,906 milyon manat olmuşdur.
2022-ci ilin ikinci rübünün göstəricilərinə əsasən, “Expressbank” ASC-nin cari ilin ikinci rübündə I dərəcəli kapitalın adekvatlıq əmsalı 33.93%, məcmu kapitalın adekvatlıq əmsalı 37.23% və leverec əmsalı isə 30.94% təşkil edib. Həmçinin bankın məcmu kapitalı ikinci rüb üzrə 129,349 milyon manat olmuşdur. Bu göstərici Mərkəzi Bankın müəyyən etdiyi normadan 2 dəfədən çox artıq olmaqla bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu bir daha nümayiş etdirir.
Xüsusilə qeyd etmək istərdik ki, iqtisadi və maliyyə sektorunda adekvatlıq, müştəri portfelinin artım tempinin inkişafı, gəlir potensialı və şəffaflıq kimi meyarlar üzrə dəyərləndirmə aparan “Fitch Ratings” agentliyi “Expressbank” ASC-nin fəaliyyətinə yüksək qiymət verərək bankın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib.
“Expressbank” ASC hər zaman maliyyə və bank sektorunda uğurlu, məhsuldar və yenilikçi fəaliyyətini davam etdirməkdən və bütün kateqoriyalar üzrə müvəffəqiyyətlə irəliləməkdən məmnunluq duyur və bu fəaliyyətini daha da təkmilləşdirəcəkdir.
Bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı Bankın rəsmi saytına www.expressbank.az daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
17 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 17 saat əvvəl
-
17 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
17 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)











