Novxanı və Sarayın sistemləri yenidən qurulacaq - "AZƏRSU"DAN 9,4 MİLYON MANATLIQ SİFARİŞ
"Azərsu" ASC "Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması" ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, tenderin qalibi "Archico" MMC-dir.
"Azərsu" qalib şirkət ilə məbləği 9 milyon 377 min manatlıq müqavilə imzalayıb.
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə "Azərsu" ASC "Şağan və Şüvəlan qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması" və "Ramana qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması" ilə bağlı elan etdiyi tenderləri yekunlaşdırıb. "Şağan və Şüvəlan qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması" ilə bağlı tenderin qalibi "Bakımexanizasiyanəqliyyat" ASC və "Mühəndis Tikinti Layihə" MMC birgə müəssisəsi, "Ramana qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması" ilə bağlı tenderin qalibi isə "Arko Təmir Tikinti Şirkəti" MMC-dir. "Azərsu" ASC birgə müəssisə ilə məbləği 12 milyon 44 min manat, "Arko Təmir Tikinti Şirkəti" MMC ilə məbləği 8 milyon 202 min manat olan müqavilə imzalayıb.
Həmçinin ötən ay "Azərsu" ASC "Qala və Mərdəkan qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması" və "Buzovna və Maştağa qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması" ilə bağlı keçirdiyi tenderləri yekunlaşdırıb. Qalib şirkətlər "Protean Construction" ASC və "Araz İnşaatçı" MMC olub. "Azərsu" ASC "Protean Construction" ASC ilə məbləği 9 milyon 20 min manat, "Araz İnşaatçı" MMC ilə məbləği 5 milyon 511 min manat olan müqavilə imzalayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi























