Deputatların maaşı 10 min manata çata bilər - Fantastik artım
“Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” qanuna dəyişiklik edilir.
Dəyişikliklərə əsasən deputatların maaşı kəskin – 43% artırılır, onlara aylıq maaşlarının bir mislində deyil, iki mislində əlavə veriləcək.
Hazırkı qanunvericiliyə əsasən, Milli Məclisin sədri Sahibə Qafarova 2475 manat miqdarında aylıq vəzifə maaşı alırdı. Dəyişiklik olarsa, onun əməkhaqqı nə az, nə çox 43,43 %, yəni 1075 manat artacaq. Bununla da, MM sədrinin aylıq vəzifə maaşı 3550 AZN olacaq.
Bundan əlavə, təklif olunan dəyişikliyə əsasən, Milli Məclisin sədri hər ay vəzifə maaşının iki misli məbləğində maaşa əlavə alacaq. Dəyişiklik qəbul olunarsa, bir ay ərzində Milli Məclisin sədrinin rəsmi gəlirləri 10 650 AZN olacaq.
Maaş artımı sıravı deputatlardan tutmuş, Milli Məclisin sədr müavinləri, komitə sədrlərinə qədər şamil olunacaq.
Belə ki, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli bu dəyişikliyə qədər aylıq 2227.5 manat əmək haqqı alırdısa, qanun qəbul olunduqdan sonra onun rəsmi maaşı 3195 AZN olacaq. Bu məbləğin üzərinə hər ay vəzifə maaşının iki misli məbləğində vəzifə maaşına əlavə olunanda isə bu rəqəm 9585 AZN-ə çatacaq.
MM-in sədr müavinləri Adil Əliyev və Fəzail İbrahimlinin maaşları isə 2103.75 manatdan 3017.5 manata qalxacaq. Bu məbləğin üzərinə onların hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə olunanda isə onların gəlirləri 9052.5 manata yüksələcək.
Milli Məclisin komitə və komissiya sədrlərinin əmək haqları 1980 AZN idisə, bundan sonra bu məbləğ 2840 manat olacaq. Bu məbləğin üzərinə hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə olunanda isə bu rəqəm 8520 AZN-ə çatacaq.
Milli Məclisin komissiya sədrinin müavinlərinin də əmək haqları isə 1856,25 manatdan 2662.5 manata çatdırılır. Bu məbləğin üzərinə onların hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə olunanda isə onların gəlirləri 7987.5 manat təşkil edəcək.
Sıravi deputatların maaşları da 43% artırılır. Belə ki, bu günə qədər 1732.5 AZN əmək haqqı alan deputat, bundan sonra 2485 manat vəsait alacaq. Bu məbləğin üzərinə onların hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə olunanda isə onların gəlirləri 7455 manata yüksələcək.
Deputatların əmək haqlarının artırılması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Belə ki, bu artıma qədər deputatla ölkədə minimum əmək haqqı (300 AZN) alan vətəndaşın gəlirləri arasında 11.5 dəfə fərq var idisə, bundan sonra bu rəqəm 24,85 dəfəyə çatacaq.
Məlumat üçün bildirək ki, deputatların gəlirlərinin vergiyə cəlb olunan hissəsi yalnız vəzifə maaşlarıdır. Belə ki, onlara verilən vəzifə maaşına əlavələrdən vergi tutulmur.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycanda əhalinin əmək haqları bu ilin yanvar ayında 10-20% civarında artırılmışdı.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb






















