İlk 5 ayda Türkiyəyə 13 milyon nəfərə yaxın turist gəlib
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2022-ci ilin may ayında xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 308,48 faiz artaraq 3 milyon 824 min nəfər olub. Pandemiyadann əvvəl - 2019-cu ilin may ayı ilə müqayisədə turistlərin sayı 4,9 faiz azalıb.May ayında xarici turistlərin sayı pandemiyadan əvvəlki səviyyədən cüzi də olsa geridə qalıb.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2022-ci ilin may ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı əvvəlki ilin eyni ayına nisbətən 308,48% artıb.
Ümumi bağlanmanın olduğu 2021-ci illə müqayisədə turistlərin sayı 300 faizdən çox artsa da, 2019-cu ilin eyni ayı ilə müqayisədə 4,9 faiz azalıb.
2022-ci ilin yanvar-may aylarında Türkiyəyə gələn əcnəbilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 207,1 faiz artıb.
2019-cu ilin beş aylıq dövrdə xarici turistlərin sayı 11 milyon 301 min 602 olduğu halda, 2022-ci ilin yanvar-may dövründə ölkəyə gələn xarici turistlərin sayı 12 milyon 710 min 431 olub.
2022-ci ilin may ayında ən çox ziyarətçi göndərən ölkələr siyahısında Almaniya 12,94 faiz və 494 min 929 nəfərlə birinci, İngiltərə 10,33 faiz və 395 min 056 nəfərlə ikinci, Rusiya Federasiyası isə 9,48 faiz və 362 min 676 nəfərlə üçüncü olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb























