Makron Fransa parlamentində səs çoxluğu qazana bilməyəcək
Fransada keçirilən ümumi seçkilərin ikinci turunda “exit-poll”un nəticələri göstərib ki, Fransa prezidenti Emmanuel Makronun “Ensemble” alyansı 577 yerlik Milli Assambleyada səs çoxluğu qazana bilməyəcək.Fransada ümumi seçkilərin ikinci turu başa çatdıb. Exit-poll nəticələrinə görə, Fransa prezidenti Emmanuel Makronun "Ensemble” alyansı Milli Assambleyada (parlament) mütləq üstünlüyü (çöxluğu) qazana bilməz.
Marja xəbər verir ki, Ipsos-Sopra Steria şirkətlərinin yerli vaxtla axşam saat 20-də keçirdiyi exit-poll nəticələri göstərir ki, alyans ikinci turda 577 yerlik Milli Assambleyada səs çoxluğu qazana bilməyəcək.
Sorğulara əsasən, “Ensemble” parlanmentə 224 deputat toplaya bilər. Seçkilər nəticəsində 289 və daha çox deputatın əksəriyyətini toplayan partiya (yaxud alyans) hökuməti formalaşdıra biləcək.
Digər tərəfdən, ultra solçu Jean-Luc Melenchonun təşəbbüsü ilə LFI, Yaşıllar Partiyası (EEVL), Sosialist Partiyasının (PS) daxil olduğu "Sosial və Ekoloji Yeni Xalq Birliyi" (Nupes) alyansı və Kommunist Partiyasının (PCF) parlamentdə 149 deputatı olduğu görünür. .
İfrat sağçı Milli Birliyi (Mİ) təmsil edəcək deputatların sayı 89 olduğu halda, müxtəlif sağçı partiyalar, o cümlədən mərkəz sağçı Respublikaçılar Partiyası (LR), Müstəqillər və Demokratlar İttifaqı (UDI) cəmi 78 deputat təmin edə bilər.
Ifop-Fiducial şirkətlərinin yerli vaxtla saat 20:30-a olan exit-polllarına görə, “Ensemble”alyansının parlamentdə əldə edə biləcəyi yerlərin sayı 210-240 civarında, Nupesin isə 170-195 yer alacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























