Azərbaycan iqtisadiyyatına 5 ayda 5 milyard manata yaxın investisiyalar yatırılıb
2022-ci ilin yanvar-may aylarında əsas kapitala 4 milyard 915,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz az vəsait yönəldilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,6 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,6 faiz artmışdır.
İstifadə olunmuş vəsaitin 2 milyard 829,6 milyon manatı və ya 57,6 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 799,0 milyon manatı (36,6 faizi) xidmət sahələrinə, 286,9 milyon manatı (5,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 657,3 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 534,4 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,0 faiz, büdcə vəsaitləri 34,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, sair vəsaitlər 5,1 faiz, bank kreditləri isə 1,7 faiz təşkil etmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























