"Unicapital İnvestisiya Şirkəti" 2021-ci ili rekord gəlirlə başa vurub
“Unicapital”ın audit təsdiqli illik hesabatına görə, şirkətin 2021-ci il üzrə məcmu gəliri 1 milyon 41 min 71 manat təşkil edib, bu da keçən il ilə müqayisədə 100%-ə yaxın artım deməkdir.
Marja.az xəbər verir ki, bu barədə Şirkətin yaydığı press-relizdə bildirilir.
"Unicapital" 2021-ci ili 897 min maant xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 521 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Unicapital"ın xalis mənfəəti 72% artıb.
"Unicapital"ın ötən ilki göstəriciləri:
-Aktivlər 10 milyon 295 min 858 manat;
-Faiz gəlirləri 672 min manat;
-Komissiya gəlirləri 1 milyon 258 min manat;
-Dilinq gəlirləri 1 milyon 54 min manat;
-Digər gəlirlər 144 min manat təşkil edib.
Xatırladaq ki, Nizamnamə kapitalı 100%-lik “Unibank KB ASC”yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti”, 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkət fond bazarının peşəkar iştirakçıları arasında əqdlərin həcmi üzrə aparıcı yer tutmaqda davam edir və Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir.
“Unicapital”ın hazırkı strategiyası isə müştərilərinə rəqəmsal investisiya xidmətləri təqdim edərək, innovativ yanaşması ilə investisiya sahəsini hər kəs üçün əlçatan etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
12 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
-
- 14 d. əvvəl
-
24 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 32 d. əvvəl
-
54 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 56 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib






















