Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib
24 may 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0110002950 ISIN-li, 10 milyon manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 86.8990 (8.8914%) və 94.85 (7.2716%) manat olan 8 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.7006 (7.6924%), orta ölçülmüş qiyməti 93.3207 (7.5698%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 milyon 21 min 100 manat, yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 30 yanvar 2029-cu ildir.
Hərrac iştirakçıları 25 may 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
23 d. əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 11 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
14 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
14 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER




















