AQTİ mütəxəssisləri supermarketlər şəbəkəsinə məsləhət xidmətləri göstərib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərinə peşəkar qiymətləndirmə və konsaltinq xidmətinin həyata keçirilməsi üzrə mütəmadi tədbirləri davam etdirir.
Xidmətin həyata keçirilməsində məqsəd ölkəmizdə fəaliyyət göstərən müəssisələrin beynəlxalq standartlara, həmçinin yerli qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasıdır.
Bu istiqamətdə növbəti tədbir “Sahil Trading” MMC-nin müraciəti əsasında “Neptun” Supermarketlər şəbəkəsinin Binəqədi filialında keçirilib.
Məsləhət xidmətinin gedişində AQTİ-nin peşəkar mütəxəssisləri tərəfindən fililala baxış keçirilib, müəssisə əməkdaşlarına sanitar-texniki, sanitar- gigiyenik normalar, məhsul qəbulu, saxlama, satış, tullantıların idarəedilməsi, işçilərin tibbi yoxlanışları, müəssisənin strukturu, ərzaq dövriyyəsi, kimyəvi dərmanlanmadan istifadə və s. kimi mövzular ətraflı izah olunub.
Həmçinin müəssisəyə qarşı ölkədaxili minimum tələblərdən əlavə, HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri sistemi) kimi beynəlxalq standartlara uyğun fəaliyyət üzrə tövsiyələr verilib.
Diskussiya şəraitində keçən təlimdə market əməkdaşlarının sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
30 d. əvvəl
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
-
-
54 d. əvvəl
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
15 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
Ən çox oxunanlar
20 Yanvar faciəsindən 36 il ötür
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub





























