Azərbaycanda İnvestor Stimullaşdırıcı Lotereyasına start verildi
“Azərbaycan Fond Bazarı İştirakçıları Assosiyası” İctimai Birliyinin təşkilatçılığı ilə, “Bakı Fond Birjası” QSC-nin və birjanın üzvü olan investisiya şirkətlərinin iştirakı ilə “İnvestor” stimullaşdırıcı lotereyasına start verilib.
Birjanın yaydığı məlumatda bildirilir ki, 9 mart 2022-ci il tarixindən etibarən Bakı Fond Birjasının üzvü olan İnvestisiya Şirkətləri vasitəsilə korporativ istiqraz alan investorlar “İnvestor” stimullaşdırıcı lotereyasında iştirak hüququ qazanır və 1000 AZN qazanmaq şansı əldə edir.
Lotereyada iştirak etmək istəyən şəxslər investisiya şirkətinə müraciətini tamamlayıb və minimal nominal dəyəri 1000 manat/ABŞ dolları/Avro valyutalarında istiqraz alışını sifariş verən və Bakı Fond Birjası QSC-nin təşkil etdiyi korporativ qiymətli kağızlar bazarında premium və standart seqmentində əqdi keçən 18 yaşı tamam olmuş fiziki şəxs “1 əqd-1 lotereya bileti” prinsipi ilə lotereya biletini əldə edir və lotereyada iştirak etmək hüququnu qazanır.
“İnvestor” stimullaşdırıcı lotereyası 9 mart 2022-ci il və 15 noyabr 2022-ci il tarix aralıqlarında 4 tirajda keçiriləcəkdir. Hər tirajda 3 qalib müəyyən ediləcək və hər qalib 1000 AZN məbləğində mükafata sahib olacaq.
İlk tiraj 10 may 2022-ci il tarixində Bakı Fond Birjasında keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
58 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
59 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir























