Obyektlərdə yoxlamalar aparılacaq - BAŞ NAZİR SƏRƏNCAM İMZALADI
6 ay ərzində ölkə üzrə insanların kütləvi toplaşdığı aşağıda qeyd olunan bütün növ obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar aparılacaq. Yoxlamaları Fövqəladə Hallar Nazirliyi (FHN) Energetika Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin (respublikanın şəhər və rayon mərkəzlərinə münasibətdə rayon (şəhər) icra hakimiyyəti orqanlarının nümayəndələri), “Azəriqaz” İstehsalat Birliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə birlikdə aparacaq.
Baş nazir Əli Əsədov "Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə" sərəncam imzalayıb.
Marja xəbər verir ki, məqsəd ölkə ərazisində əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi, çatışmazlıqların aşkarlanması və aradan qaldırılması işinin təşkilini təmin etməkdir.
Sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, 6 ay müddətində Azərbaycan Respublikası Energetika Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin (respublikanın şəhər və rayon mərkəzlərinə münasibətdə rayon (şəhər) icra hakimiyyəti orqanlarının nümayəndələri), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə birlikdə ölkə üzrə insanların kütləvi toplaşdığı aşağıda qeyd olunan bütün növ obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar aparılmasını təşkil etsin:
1.1. insanların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş binalarda, o cümlədən yataqxanalarda, mehmanxanalarda, sanatoriyalarda, istirahət evlərində, kempinqlərdə, motellərdə və s;
1.2. mülkiyyət formasından asılı olmayaraq, bütün sosial təyinatlı obyektlərdə, xəstəxanalarda, təhsil müəssisələrində və s;
1.3. tamaşa və mədəni-marif təşkilatlarının binalarında (teatrlar, kinoteatrlar, konsert zalları, muzeylər və s.);
1.4. əhaliyə xidmət göstərən bütün ictimai obyektlərdə (ticarət mərkəzləri, kafelər, restoranlar və s.).
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi aparılan yoxlamaların gedişatı barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat versin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 24 d. əvvəl
-
-
27 d. əvvəl
Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib
-
32 d. əvvəl
“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib
-
51 d. əvvəl
Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar
-
1 saat əvvəl
Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
-
1 saat əvvəl
Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
-
1 saat əvvəl
Naxçıvan Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR

Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək
