Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Nvidia-nın gəliri süni intellekt investisiyalarının dəstəyi ilə illik müqayisədə 85 faiz artaraq 81,6 milyard dollara yüksəlib. Şirkətin xalis mənfəəti isə eyni dövrdə 211 faiz artımla 58,3 milyard dollara çatıb.ABŞ-ın çip istehsalçısı Nvidia 26 aprel tarixində başa çatan və 2027-ci maliyyə ilinin ilk rübü hesab edilən üç aylıq dövr üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja.az xəbər verir ki, şirkətin gəliri illik müqayisədə (ötən ilin eyni dövrü ilə müqayisədə) 85 faiz artaraq 81,6 milyard dollara çatıb.
Nvidia-nın gəliri əvvəlki rüblə müqayisədə 20 faiz artım göstərib. Şirkət ötən ilin eyni dövründə 44,1 milyard dollar gəlir əldə etmişdi.
Bazar gözləntisi şirkətin sözügedən dövrdə 78,9 milyard dollar gəlir açıqlaması istiqamətində idi. Çip istehsalçısı hazırda davam edən rüblə bağlı gəlir proqnozunu isə 91 milyard dollar olaraq açıqlayıb.
Nvidia-nın xalis mənfəəti də eyni dövrdə illik müqayisədə 211 faiz artaraq 58,3 milyard dollara yüksəlib. Şirkət ötən ilin eyni dövründə 18,8 milyard dollar xalis mənfəət açıqlamışdı.
Nvidia-nın bir səhm üzrə mənfəəti isə 2026 maliyyə ilinin ilk rübündəki 76 sent səviyyəsindən 2,39 dollara yüksəlib. Beləliklə, şirkətin gəlirliliyi də bazar gözləntilərini üstələyib.
Şirkət həmçinin direktorlar şurasının 80 milyard dollarlıq əlavə səhm geri alışı proqramını təsdiqlədiyini və rüblük nağd dividend ödənişini səhm başına 1 sentdən 25 sentə qaldırdığını açıqlayıb.
Nvidia-nın qurucusu və baş icraçı direktoru Jensen Huang bildirib ki, süni intellekt zavodlarının qurulması bəşəriyyət tarixində ən böyük infrastruktur genişlənməsidir və bu proses fövqəladə sürətlə irəliləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
47 d. əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
3 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI























