Rusiya MDB və Afrika ölkələrinə balıq məhsullarının ixracını artırmağı hədəfləyir
Rusiyadan ən çox balıq və balıq məhsulları idxal edən Cənubi Koreya və Yaponiya ölkəyə sanksiyalar tətbiq edib. Ruiya Ticarət və Sənaye Palatasının rəhbəri hesab edir ki, Rusiya Aİİ, MDB və Afrika ölkələrinə balıq məhsullarının ixracını artıra bilirRusiya Federasiyasının Ticarət və Sənaye Palatasının (SPA) rəhbəri Sergey Katırin hesab edir ki, ölkə yeni istiqamətlər inkişaf etdirməklə balıqçılıq məhsullarının ixracını artıra bilir. Onların arasında o, Avrasiya İqtisadi İttifaqı (Aİİ), MDB, Afrika, Latın Amerikası və Yaxın Şərq ölkələrinin adını çəkib.
"Rusiya Federasiyasının Ticarət və Sənaye Palatası tərəfindən malların mənşə sertifikatlarının verilməsinin təhlili göstərir ki, Cənub-Şərqi Asiya ölkələri, o cümlədən Cənubi Koreya və Yaponiya yerli balıq məhsullarının əsas idxalçıları olaraq qalır. Bu ölkələr Rusiyadan idxala məhdudiyyətlər tətbiq ediblər. Eyni zamanda, ölkəmiz balıq ixracının həcmini nəinki saxlamaq, hətta onu artırmaq iqtidarındadır”, - Katırin TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, indiki şəraitdə balıq məhsullarının ixracı üçün yeni istiqamətlər müəyyən lazımdır. O qeyd edib ki, perspektivli sahələrdən biri Aİİ və MDB ölkələridir.
"Lakin burada nəqliyyat xərclərini nəzərə almaq lazımdır ki, bu da dövlət subsidiyaları hesabına azaldıla bilər. Həmçinin, prioritetlərdən biri təchizat zəncirlərinin qurulması məsələsidir. Eyni zamanda, balıq məhsullarının ixracı statistikası müsbət tendensiya göstərir. MDB ölkələri dinamik inkişaf edir. Belə ki, 2021-ci ildə Özbəkistana tədarük əvvəlki illə müqayisədə 89%, Tacikistana 59%, Qazaxıstana 18% artıb”, - Katırin bildirib.
Onun sözlərinə görə, ixrac üçün digər potensial perspektivli regionlar Afrika və Latın Amerikası ölkələridir. İqlim amili nəzərə alınmaqla ən optimal tədarük variantı “balıq konservlərinin tədarükünün genişləndirilməsidir, logistika baxımından bu ölkələrdə balıq ticarəti evlərinin açılması ən məqsədəuyğundur”.
"Biz mütləq Yaxın Şərqə diqqət yetirməliyik - region ölkələrində hazır balıq məhsullarına, xüsusilə də balıq kürüsünə tələbat davamlı olaraq artır. Yerli mətbəx, xüsusilə də Körfəz ölkələrində əksər hallarda dəniz məhsullarına əsaslanır. Tələbin artmasına pərakəndə satış şəbəkələrinin inkişafı da təsir edir. Bir çox ölkələrdə istehlakçıların geniş çeşiddə balıq məhsulları ala biləcəyi ixtisaslaşdırılmış mağazalar açılır”, - Katırin əlavə edib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















