"Meqa Sığorta" geriləyib - gəlirləri və mənfəəti kəskin azalıb
"Meqa Sığorta" ASC 2021-ci ili 3 milyon 920 min manat xalis mənfəət ilə başa vurub. Şirkətin xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 1 milyon 807 min manat və ya 31,5% azalıb. "Meqa Sığorta" 2020-ci ili 5 milyon 727 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ildə 32 milyon 318 min manat olmuş cəmi gəlirlər 2021-ci ildə 25 milyon 853 min manata geriləyib (6 milyon 465 min manat və ya 20% azalıb). O cümlədən, hesablanmış sığorta haqları 28 milyon 570 min manatdan 24 milyon 651 min manata düşüb (3 milyon 919 min manat və ya 13,7% azalıb).
"Meqa Sığorta" cəmi xərcləri 2020-ci ildə 25 milyon 159 min manat ikən 2021-ci ildə 20 milyon 953 min manat təşkil edib. Şirkətin sığorta ödənişləri isə 2020-ci ildəki 4 milyon 861 min manatdan 2021-ci ildə 5 milyon 324 min manata yüksəlib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
5 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
6 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
12 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
13 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Ən çox oxunanlar
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi























