İmişlidə 2,5 hektar ərazidə yeni istixana fəaliyyətə başlayacaq
İmişli rayon istixanalarında bol məhsul yetişib. Təsərrüfatlarda beşinci yığım davam edir.
Bir neçə həftədir istixanalardan pomidor məhsulu tədarük edilir. Üç ay müddətində çəkilən əziyyət öz bəhrəsini verib. Təsərrüfat rəhbəri Qoçu Bayramov bildirib ki, avqust ayında istixanalarda aqrotexniki işlər tamamlanaraq şitillər əkilib. İki hektarlıq istixanada 50 min şitil yetişdirilib. Kolların böyüməsində tozlandırmanı sürətləndirmək məqsədilə arılardan da istifadə edilib. İstixanalarda xarici sortlara üstünlük verilib. “Redqard” adı ilə tanınan və yüksək məhsuldarlığı ilə seçilən bu sortlar hesabına mövsümün sonuna kimi 350-400 ton pomidor məhsulu yığılması planlaşdırılır. Dörd dəfə aparılan yığım sayəsində 12 ton məhsul tədarük edilib. Məhsullar yerli bazarla yanaşı, xarici bazarlara da çıxarılır.
Təsərrüfatda 50 nəfərə yaxın vətəndaş iş yeri ilə təmin edilib. Qoçu Bayramov qeyd edib ki, hazırda 2,5 hektar ərazisi olan digər istixanada təmir işləri aparılır və bu ildən fəaliyyətə başlayacaq. Həmçinin təsərrüfat ərazisində açıq sahədə də tərəvəz bitkilərinin becərilməsi üçün torpaq işləri görülür.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
Azərtac
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
7 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"

















