“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
PAŞA Bank 2025-ci ilin illik maliyyə nəticələrini mətbuat konfransında açıqlayıb.
25 may 2026-cı il tarixində keçirilən tədbirdə spiker qismində PAŞA Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev, İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov və Marketinq departamentinin direktoru Gunel Mavliyarova çıxış ediblər.
Mətbuat konfransında Bankın maliyyə sektorunda qeyd edilən dövr üzrə əldə etdiyi nailiyyətlər və qarşıya qoyulan hədəflər, müştəri mərkəzli yanaşma, strateji inkişaf prioritetləri, Korporativ Sosial Məsuliyyət yanaşması üzrə əldə edilən uğurlar və istedadların idarə olunması istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verilib.
Qeyd edilib ki, PAŞA Bank 2025-ci il üzrə əsas maliyyə göstəriciləri üzrə müsbət artım nümayış etdirib. Bankın cəmi aktivləri 14% artaraq 9,84 mlrd AZN-ə, kredit portfeli 5% artaraq 3,88 mlrd AZN-ə, depozit portfeli 16% artaraq 7,90 mlrd AZN-ə çatıb, kapital isə 7% artaraq 964 mln AZN təşkil edib. Eyni zamanda faiz gəlirləri 13%, qeyri-faiz gəlirləri isə 9% artıb ki, bu da biznes fəaliyyətinin genişlənməsi və gəlir mənbələrinin diversifikasiyası ilə bağlıdır.
PAŞA Bank 19.3% bazar payı ilə biznes kreditləri üzrə Azərbaycanın ən böyük özəl korporativ maliyyə institutu olaraq mövqeyini qoruyub. Kredit portfelində əsas pay ticarət, xidmət, sənaye və nəqliyyat sektorlarına düşür. Bu isə Bankın qeyri-neft sektorunun maliyyələşdirilməsində dayanıqlı inkişafı dəstəkləyən əsas maliyyə tərəfdaşlarından biri olduğunu bir daha təsdiqləyir. KOS seqmentində isə Bank bazar göstəricilərini üstələyərək daha yüksək artım tempi nümayış etdirib. Depozit bazarında payını 19.8%-ə çatdıran Bank, hüquqi şəxslərin depozitləri üzrə bazar payını 25.6%-ə yüksəldib.
Bankın rəsmi nümayəndələri vurğulayıblar ki, PAŞA Bankın 13 apreldə elan etdiyi səhmlərin İlkin Kütləvi Təklifi (Initial Public Offering – IPO) prosesi davam edir. Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd səhm hər birinin qiyməti 55 AZN olmaqla Bakı Fond Birjası vasitəsilə yerləşdirilir. Yüksək investor marağı nəzərə alınaraq abunə yazılışı 12 iyun 2026-cı il tarixədək uzadılıb.
Maliyyə nəticələri ilə tanış olmaq üçün linkə keçid edin. Əksi göstərilmədikcə, nəticələr kənar auditorlar tərəfindən təhlil olunmuş və konsolidasiya edilmiş maliyyə hesabatlarına əsaslanır.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
14 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
14 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























