Çində daha bir “Azərbaycan Ticarət Evi” açılıb
Çinin Hunan əyalətinin Canciaciye şəhərində “Azərbaycan Ticarət Evi” açılıb. Bu, Azərbaycanın Çində sayca 4-cü ticarət evidir. Bununla əlaqədar keçirilən tədbirdə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu, Canciaciye şəhər rəhbərliyi və şirkət nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri barədə danışıb, Canciaciye şəhərində açılan “Azərbaycan Ticarət Evi”nin əməkdaşlığa töhvə verəcəyini vurğulayıb.
Canciaciye şəhər merinin müavini Ouyan Bin “Azərbaycan Ticarət Evi”nin açılmasını əlamətdar hadisə kimi qiymətləndirib və şəhərin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Canciaciye şəhərində fəaliyyətə başlayan “Azərbaycan Ticarət Evi”ndə ölkəmizdə istehsal edilən qida və içki sənayesinə aid 50-ə yaxın məhsul nümayış olunacaq. 300 kv/m sahədə yerləşən Ticarət Evinin operatorları Çinin “Zhangjiajie Langrui” və “Sino-Foreign” şirkətləri Azərbaycandan birbaşa məhsul idxal edərək Ticarət Evində satışını həyata keçirəcək.
Qeyd edək ki, Canciaciye Çinin Hunan əyalətinin əsas turist şəhəri hesab olunur. Pandemiyadan əvvəlki 2018-ci ildə şəhəri 4 milyondan çox turist ziyarət edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
7 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
7 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
11 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 17 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb






















