Google-a ciddi rəqib: You.com
Yeni təqdim olunan You.com axtarış sistemi orijinal dizaynı, fərqli əməliyyat sistemi, süni intellekt texnologiyaları ilə Google.a ciddi rəqib olub.
Marja.az xəbər verir ki, bir çoxumuz üçün Google əvəz olunmayacaq axtarış sistemidir. Google illərdir həyatımızda elə bir yer edib ki, bir çoxumuz internetdə nəsə axtarmaq üçün "Google"la felindən istifadə edirik. Bununla belə, dünyanın aparıcı müştəri münasibətlərinin idarə edilməsi platformalarından biri olan Salesforce-un keçmiş baş elmi işçisi David Socher bunu dəyişməyi düşünür.
İlk öncə MetaMind süni intellekt şirkətini qurub, daha sonra satan David Soche-in yeni axtarış sistemi You.com, əsas xüsusiyyəti axtarış və araşdırma olduğundan Google ilə yarışır.
GOOGLE BAZARIN 90 FAİZİNƏ SAHİBDİR
Socher və həmtəsisçi Bryan McCann-ın fikrincə, dünya hazırda axtarış məsələsində yol ayrıcındadır. Müvafiq olaraq, Google hazırda axtarış üzrə bazarın təxminən 90%-nə hakimdir. Mövcud axtarış sistemlərinin reklam və SEO prinsipləri insanların nəyə baxdığı, oxuduğu araşdırdığı, yediyi və aldığı məsələsində nəzarətsizliyə səbəb olur. Beləliklə, insanlar pul qazanmaq üçün nəzərdə tutulmuş süni intellekt alqoritmlərinin obyektinə çevrilirlər.
YOU.COM YENİ TƏCRÜBƏ TƏQDİM EDİR
Google ilə You arasındakı ən bariz fərq dizayn və əməliyyat sistemi baxımından özünü göstərir. Demək olar ki, bütün axtarış sistemlərinin eyni göründüyünü qeyd edən Socher, You-nun kanban lövhələri və sosial media platformaları ilə oxşar dizayna malik olduğunu bildirir. Google-dan fərqli olaraq, You-da nəsə axtarsanız, sizi bir-birinin ardınca sadalanan axtarış nəticələri deyil, yan tərəfə uzanan kvadratlar şəklində axtarış nəticələri qarşılayacaq.
MƏXFİLLİK BARƏDƏ İDDİALI AÇIQLAMALAR
You.da axtarışlar əvvəlcə üstün mənbələr, sonra qərəzsiz mənbələr və nəhayət, mənfi qiymətləndirilən mənbələr əsasında formalaşır. Əslində, bu cür axtarış yeni deyil; Google.da bu xüsusiyyət 2004-cü ildən var. Bununla belə, You-da şəffaf manipulyasiya son dərəcə yenidir. Müvafiq olaraq, You ixtisaslaşmış axtarışlar və obyektiv axtarışları daha aydın şəkildə fərqləndirir. Socher bildirir ki, You axtarış sistemi istifadəçilərə axtarışları üzərində üstün nəzarəti verən ilk sistemdir. Bundan əlavə, You məxfiliyi qoruyur. Məlumatlarınızı heç bir şəkildə satmayan You həmçinin son dərəcə təsiredici gizli rejim təcrübəsi vəd edir.
GOOGLE-i ƏVƏZ EDƏ BİLƏCƏKMİ?
Google-u əvəz etmək mümkündürmü? İndiyə qədər Magellan, WebCrawler, Lycos, Infoseek, Inktomi kimi bir çox axtarış sistemlərinin çökməsinin şahidi olmuşuq. Yahoo və Bing kimi axtarış sistemləri bu gün öz-özlüyündə uğurla işləməyə davam etsə də, hamımız dünyada ən çox hansı axtarış sisteminin istifadə edildiyini çox yaxşı bilirik.
Axtarış motoru sənayesi bu gün əvvəlkindən daha böyük və gəlirlidir. Google özündən əvvəlki şirkətlərlə müqayisədə inanılmaz miqdarda pul qazanır. Həmçinin, Apple kimi şirkətlərlə sövdələşmələr vasitəsilə (Google onu iOS üçün defolt axtarış sistemi olaraq saxlamaq üçün Apple-a ildə milyardlarla dollar ödəyir), bir çoxumuz Google-dan istifadə etdiyimizi düşünməsək də, əslində istifadə edirik. Google-un əsas şirkəti Alphabet-in 2020-ci ildə əsasən reklamlardan əldə etdiyi 183 milyard dolların yanında You.nun 20 milyon dollarlıq gəliri gülünc görünür.
Socher isə bildirir ki, Google-u devirmək fikrində deyil, lakin Google-un istifadəçilərin əksər hissəsininin şikayət etdiyi reklam məsələsi üzərində dayanması əks reaksiya verə bilər. Çünki axtarış məqsədi ilə reklam məqsədi bu nöqtədə ziddiyyət təşkil edir. Bu səbəblə Socher təbii olaraq Google-da lazım olanı tapmağın getdikcə çətinləşdiyini vurğulayır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
6 d. əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 8 d. əvvəl
- 29 d. əvvəl
-
41 d. əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
-
2 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
2 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Ən çox oxunanlar
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb



















