Belarus prezidentinin oğlu ABŞ-ın sanksiya siyahısına daxil edildi
ABŞ Maliyyə Nazirliyi Belarus Prezidenti Dmitri Lukaşenkonun oğlunu sanksiya siyahısına daxil edib.
Marja.az xəbər verir ki, bu barədə cümə axşamı Nazirliyin yaydığı məlumatda deyilir.
“OFAC (ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi) Aleksandr Lukaşenkonun ortancıl oğlu Dmitri Lukaşenkonu siyahıya daxil edir, çünki o, yüksək rütbəli dövlət məmuru, belə bir dövlət məmurunun ailə üzvü və ya digərləridir. Belarusiya ilə bağlı korrupsiya fəaliyyətlərində məsul olan və ya iştirak edən səlahiyyətli nümayəndədir",- deyə məlumatda deyilir.
Nazirlik onu da bildirib ki, Dmitri Lukaşenkonun rəhbərlik etdiyi Belarus Prezident İdman Klubuna qarşı da sanksiyalar tətbiq olunur: "Prezidentin idman klubu Belarusda iddia edilən korrupsiya sxeminin bir hissəsidir".
Həmçinin qeyd edilib ki, Avropa Birliyi 2021-ci ilin iyununda Dmitri Lukaşenkoya qarşı öz sanksiyalarını tətbiq edib.
Bundan əvvəl cümə axşamı Avropa İttifaqı (Aİ) Şurası Belarusla sərhəddə miqrasiya böhranı ilə əlaqədar ona qarşı beşinci sanksiyalar paketini təsdiqləyib.
İlin əvvəlindən qaçqınların axışdığı Belarusun Latviya, Litva və Polşa ilə sərhədlərində miqrasiya böhranı noyabrın 8-də kəskin şəkildə artıb. Belarus tərəfdən Polşa sərhədinə bir neçə min nəfər yaxınlaşıb, onlardan bəziləri tikanlı məftilli hasarları sındıraraq Polşa ərazisinə daxil olmağa cəhd ediblər. Daha sonra müvəqqəti yaşamaq üçün şərait yaradılan Polşa ilə sərhəd yaxınlığındakı Bruzgidəki nəqliyyat və logistika mərkəzində 2 minə yaxın insan yerləşdirilib. Aİ ölkələri Minski böhranı qəsdən gərginləşdirməkdə ittiham edir və sanksiyaların tətbiqinə çağırır. Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, bu vəziyyətin yaranmasında Qərb ölkələrinin özləri günahkardır, onların hərəkətlərinə görə insanlar müharibədən qaçırlar.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
11 d. əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 13 d. əvvəl
- 34 d. əvvəl
-
46 d. əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
-
2 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
2 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Ən çox oxunanlar
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb





















