Çinin DiDi taksi xidməti Nyu-York Fond Birjasından çıxarılacaq
Çin şirkəti “Didi Chuxing” taksi sifarişi xidməti Nyu-York Fond Birjasında delistinq ediləcək və bunun müqabilində öz səhmlərini Honq Konq birjasında yerləşdirəcək.
Marja.az xəbər verir ki, şirkət bu barədə cümə günü "Weibo" səhifəsində dərc etdiyi məlumatında bildirib.
"Diqqətli yoxlamadan sonra şirkət dərhal Nyu-York Fond Birjasında delistinq etməyə və Honq Konqda listinqə hazırlaşmağa başlayacaq", - qısa məlumatda deyilir.
İyunun 30-da Didi səhmlərinin Nyu-York Birjasında ticarətinə başlanıb. İlkin kütləvi təklifdə (IPO) şirkət 4,4 milyard dollar cəlb edib. İyulun 2-də Çinin nəzarət orqanları DiDi ilə bağlı kibertəhlükəsizliklə dair araşdırmaya başlayıb. İyulun 4-də Çinin Kibertəhlükəsizlik İdarəsi məxfi istifadəçi məlumatlarının qanunsuz toplanması səbəbindən DiDi onlayn taksi xidmətinin tətbiq mağazalarından yığışdırılmasını əmr edib.
"DiDi Chuxing", 2012-ci ildə qurulan, ABŞ-ın Uber şirkətinin yerli filialını satın alan və Çində bu bazara demək olar ki, tamamilə nəzarət edən ən böyük avtomobil nəqliyyatı xidmətidir. Onlayn taksi sifarişi ilə yanaşı, DiDi avtomobil və velosiped icarəsi, avtomobillərin idarə edilməsi (şəxsi avtomobilin paylaşılması), yeməklərin çatdırılması xidmətləri göstərir. Şirkətin müştəriləri dünya üzrə 550 milyon istifadəçidir.
Delistinq – Birjada listinqə daxil edilmiş qiymətli kağızların ticarətdən çıxarılması prosedurudur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
- 33 d. əvvəl
-
44 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
49 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı







.png)















