"Biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq"
Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşdə söyləyib.
Azərbaycan Prezidenti deyib: “Biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”.
Dövlətimizin başçısı qeyd edib ki, qarşıya çıxan bir sıra başqa məsələlər operativ şəkildə, o cümlədən Rusiya tərəfinin, şəxsən Rusiya Prezidenti Vladimir Putinin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, hökumətin və digər strukturların fəal iştirakı ilə həll edilir.
"Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması işində maksimum konstruktivlik nümayiş etdirib"
Bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib.
Vu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşdə bildirib.
“Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib. Buna görə düşünürəm ki, - bu gün biz Sizinlə təbii ki, bu barədə əvvəlcə söhbət etmişik, - bu mövzu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyən edilməsi mövzusu müzakirə ediləcək. Biz, bu məsələdə Rusiya tərəfinin dəstəyini, o cümlədən məsləhət dəstəyini də çox yüksək qiymətləndiririk”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























