BƏƏ Türkiyəyə 10 milyard dollar sərmayə qoyur - investisiya fondunun sədri
Əbu-Dabi Dövlət İnvestisiya Fondunun sədri Məhəmməd Həsən əl-Suveydi çərşənbə günü Ankarada keçirdiyi mətbuat konfransında bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyəyə investisiyalar üçün 10 milyard dollar ayırıb.
“Birləşmiş Ərəb Əmirlikləri Türkiyəyə sərmayə qoymaq üçün 10 milyard dollar vəsait ayırıb”, - deyə əl-Suveydi bildirib.
Marja xəbər verir ki, bundan əvvəl Türkiyə və BƏƏ arasında ticarət, enerji və ətraf mühitin mühafizəsi də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığa dair doqquz saziş imzalanıb.
İmzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Əbu-Dabinin vəliəhdi və BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə danışıqlarından sonra Ankaradakı prezident sarayında keçirilib. Bu, BƏƏ hökuməti nümayəndəsinin 2012-ci ildən bəri Türkiyəyə ilk yüksək səviyyəli səfəridir.
Mərasim zamanı Əbu-Dabi Dövlət İnvestisiya Fondu ilə Türkiyənin Sərvət Fondu və ölkə Prezidenti yanında İnvestisiya İdarəsi arasında investisiya müqavilələri imzalanıb.
Abu Dabi Qiymətli Kağızlar Birjası ilə İstanbul Birjası arasında da müqavilə imzalanıb.
Əbu-Dabi Dövlət İnvestisiya Fondu Türkiyənin Kalion şirkəti ilə enerji, infrastruktur və nəqliyyat sahəsində əməkdaşlıq müqaviləsi də imzalayıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 25 d. əvvəl
- 32 d. əvvəl
- 43 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu

























