Çip böhranının avtomobil sənayesinə “hədiyyəsi” - 210 MİLYARD DOLLAR
90% artım, 8 milyona yaxın azalma... AlixPartners avtomobil istehsalçılarının bu il çip böhranı səbəbindən 7,7 milyon ədəd daha az vasitə istehsal edəcəklərini nəzərdə tutur.Yarımkeçirici çiplərin təchizatındakı qlobal defisit ən çox avtomobil sənayesini vurub. 2021-ci il sona doğru yaxınlaşdıqca, çip böhranının nəticələri də daha aydın görünməkdədir.
Marja xəbər verir ki, AlixPartners konsaltinq şirkəti bu il avtomobil sənayesinin 210 milyard dollar gəlirdən məhrum olacağını proqnozlaşdırır.
Bu rəqəm cari ilin mayındakı proqnozdan (110 milyard dollar) 91% çoxdur. 2021-ci ildə azalan istehsal həcmi isə 7,7 milyon ədəd təşkil edəcək. Öncəki proqnoz 100% daha az - 3,9 milyon ədəd idi.
“Təbii ki, çoxları payıza doğru çip böhranının sakitləşəcəyini ehtimal edirdi. Lakin koronavirus pandemiyasına görə Malayziya və digər ölkələrdə sərt karantin, eləcə də bəzi başqa problemlər böhranı daha da kəskinləşdirib” - AlixPartners-in avtomobil və sənaye sektoru üzrə rəhbəri Mark Uokefild bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 8 d. əvvəl
-
-
26 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
38 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib



























