“Vaksin gəldi, bazar bağlandı” - ən iri əlcək istehsalçısı tənəzzüldədir
Mənfəət və dəyər yarıbayarı azalıb....Dünyanın ən iri tibbi əlcək istehsalçısı, Malayziyanın “Top Glove” şirkətinin səhmləri bu il 50% ucuzlaşıb.
Marja xəbər verir ki, şirkət ötən həftəsonu açıqlamasında koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərinin çoxusu ləğv olunduqdan sonra satışların da azaldığını bildirib.
İyun-avqust ayları ərzində satışlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 32% azalaraq, 2,1 milyard Malayziya ringgiti (501 milyon dollar) təşkil edib. Mənfəət isə 48% azalaraq, 145 milyon dollara düşüb.
Azalmanın əsas səbəbləri sürətli vaksinasiya və karantin tədbirlərinin yumşaldılmasından sonra tibbi əlcəklərə tələbatın azalması və ABŞ-ın əmək standartlarında yol verilən ciddi pozuntulara görə şirkətin məhsullarına tətbiq etdiyi idxal qadağasıdır.
Xatırladaq ki, 1991-ci ildə qurulmuş Top Gloves hazırda Malayziya, Tayland, Çin və Vyetnamda 50 zavoda, 800 istehsal xəttinə və 22 min işçiyə malikdir. 195 ölkəyə, o cümlədən Azərbaycana məhsul ixrac edən Top Gloves-un bazar dəyəri ötən il 290%, mənfəəti isə 400% artıb. Təkcə 2020-ci ilin son rübündə mənfəət 20 dəfə artaraq, 590 milyon dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
8 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
22 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib



















