Şifrənizi unutmusunuz? Narahat olmayın, daha ona ehtiyac yoxdur!
Hər saniyə 600-ə yaxın şifrəyə haker hücumu olur....ABŞ-ın texnologiya nəhəngi, dünyada ən çox istifadə olunan Windows əməliyyat sisteminin təminatçısı Microsoft istifadəçilərə öz hesablarına şifrəsiz daxil olmaq imkanı yaradır.
Marja xəbər verir ki, bu barədə şirkətin təhlükəsizlik üzrə vitse-prezidenti Vasu Jakkal-ın bloq yazısında qeyd olunub.
Çox zaman istifadəçi şirfələrinin unudulduğunu, yaxud haker hücumlarına məruz qaldığını və oğurlanma riskinin böyük olduğunu bildirən Jakkal Microsoftun yeni həll üsulunu təqdim edib: şifrə əvəzinə hesabınıza hər 2-3 saniyəyə yeni unikal kod verən İdentifikasiya (Authenti) tətbiqetməsi, yaxud Windows Hello (üz tanınması, barmaq izi kimi biometrik identifikasiya, yaxud şəxsi identifikasiya nömrəsi - PIN) vasitəsilə daxil ola biləcəksiniz.
Digər vasitələr də var: giriş məlumatlarının saxlandığı USB, yaxud mobil nömrənizə qısa mesajla gələn bildiriş. Artıq uzun və mürəkkəb şifrə seçib, sonra da onu unutmaq təhlükəsi yoxdur.
Microsoft giriş şifrələrindən daha çox istifadə olunan əsas xidmətlər - MS Outlook və OneDrive üçün şifrəsiz girişi hələ bu ilin mart ayından korporativ hesablar üçün aktivləşdirib. Bir neçə həftəyə isə bu funksiya bütün hesablar və istifadəçilər üçün əlçatan olacaq.
Microsoft yeni xidmətlə həm də kibertəhlükəsizlik səviyyəsinin artırılacağına hədəflənib. Hazırda hər saniyədə 600-ə yaxın hesabın şifrəsini qırmaq üçün haker hücumu baş verir ki, bunların sayı ildə 18 milyarda çatır.
Şifrə üçün daha çox hansı kombinasiyalar “dəbdədir”?
Microsoftun araşdırmasına görə, istifadəçilərin 15%-i şifrə qurarkən öz heyvanlarının adından istifadə edir. Digər geniş yayılmış üsul soyad və ya doğum tarixidir. Hər 10 istifadəçidən 1-i isə bir şifrədən çoxsaylı saytlar üçün istifadə edir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 d. əvvəl
- 10 d. əvvəl
- 18 d. əvvəl
-
22 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
36 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"




















