Litecoin-də 1 nömrəli şəxsdən saxta xəbər açıqlaması -"ÇƏTİN VƏZİYYƏTDƏ QALDIQ"
"Litecoin Foundation"ın Direktoru, "Litecoin"in qurucusu Charlie Lee, ABŞ-ın iri pərakəndə şirkəti "Walmart" ilə "Litecoin"in ortaqlıq razılaşması təmin edildiyinə dair saxta xəbər haqqında "Bloomberg"ə açıqlama verib.
Marja xəbər verir ki, Charlie Lee, işçilərindən birinin pərakəndə nəhəngi "Walmart Inc" şirkətilə ortaqlığa dair doğru olmadığı ortaya çıxan bir xəbəri "Twitter"də "retweet" etməsinin ardından olduqca çətin bir vəziyyətə düşdüklərini qeyd edib.
"Həqiqətən çətin vəziyyətdə qaldıq"
"Litecoin"in yaradıcısı Charlie Lee, "Uydurma xəbərləri "tweet" atmamaq üçün əlimizdən gələni edirik və bu dəfə həqiqətən çətin vəziyyətdə qaldıq. Bunun bizimlə əlaqədar bir şey olduğunu rədd edirəm və bunu kimin etdiyini tapmaq və saxta xəbərlərin yayılmasını dayandırmaq üçün əlimizdən gələni edəcəyik", - deyib.
"Walmart Inc." və mətbuat xidmətləri şirkəti "GlobeNewswire", Bazar ertəsi səhəri ortaya çıxan "Walmart"ın "Litecoin" ilə bir müqavilə bağladığına dair uydurma məlumatı araşdırır. Məlumatın qısa müddətdə səhv olduğu ortaya çıxmış, ancaq bu məlumat "Litecoin" və digər kriptovalyutalarda qısa müddətdə sürətli bir bahalaşmaya səbəb olmuşdu.
"Litecoin Foundation", Lee tərəfindən idarə olunan və qazanc məqsədi güdməyən bir təşkilatdır, token və açıq qaynaqlı proqram layihələri inkişaf etdirmək mövzularına fokuslanır.
Lee, "Səhər oyandım və "Walmart"ın "Litecoin"i ödəniş vasitəsi kimi qəbul edəcəyini öyrəndim və bu möcüzə bir xəbər idi və ardından bu xəbər uydurma çıxdı. Ortaqlığımız yoxdur" deyib və hər kəsin "Litecoin Foundation" təşkilatı ilə görüşmədən "Litecoin"i ödəniş vasitəsi kimi qəbul etməyə başlaya biləcəyini sözlərinə əlavə edib.
Xəbəri paylaşanlar da bu uydurma xəbərin necə ortaya çıxdığını müəyyən etməyə çalışır.
Lee, "Bloomberg"ə etdiyi açıqlamada, ""Litecoin Foundation"un uydurma xəbərlər yayan, bilinməyən şəxslər barəsində edəcəyi çox bir şey yoxdur. Bu şəkildə uydurma xəbərlər səhm bazarlarında da olur", - şəklində danışıb.
Lee, ""Litecoin", "Bitcoin" qədər məşhur olmasa da ödəmələrdə çox istifadə edilir. "Litecoin"ə dəstək verən potensial yüz minlərlə kommersiya təşkilatı var. Hər gün təxminən 3 milyard dollarlıq "Litecoin" göndərilir. Bunların hamısı ödəmələr üçün deyil, ancaq əhəmiyyətli hissəsi bu əməliyyatlar üçün istifadə edilir. On illik ömürü ərzində, şəbəkə üzərindən 1 trilyondan çox məbləğə malik "Litecoin" göndərilmişdir və bu vəziyyət onun olduqca məşhur olduğunu göstərir", -deyib.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 8 d. əvvəl
- 11 d. əvvəl
- 19 d. əvvəl
-
23 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
37 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"


















