Dövlət Turizm Agentliyindən İnvestisiya Holdinqinə "AZAL" müraciəti
Dövlət Turizm Agentliyi aviabiletlərin qiymətləri ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) idarəetməsi həvalə olunmuş Azərbaycan İnvestisiya Holdinqinə (AİH) müraciət edib.
Bu barədə Agentliyin sədri Fuad Nağıyev məlumat verib.
“Azərbaycana turistlərin gəlməsi viza rejimi ilə yanaşı aviabiletlərin qiymətlərindən asılıdır. Biz də bunu nəzərə alaraq AİH-lə işləyirik, onlara təkliflərimizi vermişik. Hesab edirəm ki, qiymətlərin aşağı olması üçün rəqabət olmalıdır. Məsələn, hazırda AZAL İsrailin paytaxtı Təl-Əvivə uçuşlara başlayıb. Əgər ordan da hansısa aviaşirkət Bakıya reys açsa, artıq rəqabət formalaşacaq. Yaxın vaxtlarda bu məsələlərin həllini tapacağına ümid edirik.
Aşağıbüdcəli aviaşirkətlərin ölkəyə gəlməsi müzakirə edilir. Amma onlar da elə-belə uçmur. Aviaşirkət təyyarə qaldırırsa, ilin sonuna hansısa formada subsidiya almalıdır. Yəni 50-100 dollara uçuş varsa, biz onun üçün subsidiya ödənilməsini də fikirləşməliyik”, - deyə o qeyd edib.
“Hotellərin qiymətlərinə gəlincə, biz müqayisələr aparmışıq və Azərbaycanda qiymətlər o qədər də yüksək deyil, normaldır”, - deyə F.Nağıyev əlavə edib.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 10 d. əvvəl
-
-
28 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
40 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib




























