Qiymətlərin artması əhalinin gəlirlərinin artmasını tamamilə silib
2021-ci ilin yanvar-iyun aylarında ölkə əhalisinin gəlirləri 0,4%, qiymətlər isə 4,3% artıbİlkin məlumatlara görə, 2021-ci ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri 27 milyard 580,7 milyon manat təşkil etmiş və əvvəlki ilin eyni dövrünə nisbətən 0,4 faiz artmışdır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, əhalinin hər nəfərinə orta hesabla 2 min 755,4 manatlıq gəlir düşmüşdür. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 24 milyard 780 milyon manatlıq vəsait qalmışdır.
ƏMƏK HAQQI AZALIB
2021-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,7 faiz azalaraq 724 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3 min 215,9 manat, qeyri neft-qaz sektorunda 672,6 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 635,5 manat, özəl müəssisələrdə isə 832,1 manat olmuşdur.
İNFLYASİYA GƏLİRLƏRİN ARTMASINI ÜSTƏLƏYİB
2021-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,9 faiz, qeyri-ərzaq malları üzrə 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 3,5 faiz artıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
19 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























