2 zavodun özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edildi - ŞƏRTLƏR
Tibb Texnikasının Təmiri və Bakı Neftqazmədən Avadanlıqları zavodlarının özəlləşdirilməsi üzrə investisiya müsabiqəsi elan edilibİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “Tibb Texnikasının Təmiri Zavodu” və “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-lərin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.
Marja xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Tibb Texnikasının Təmiri Zavodu” ASC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 1 845 056 manat olan 922 528 səhmi satışa çıxarılacaq. Müəssisənin 635 306 manat öhdəlikləri və 273 925 manat debitor borcları var.
Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-nin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində isə satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri 2 930 776 manat, səhmlərin sayı 1 465 388-dir. Müəssisənin 823 436 manat dəyərində öhdəlikləri və 62 971 manatlıq debitor borcları var.
Bu müəssisələrin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 2 500 000 (iki milyon beş yüz min) manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması ilə bağlı təkliflərini verməlidir. Hər iki səhmdar cəmiyyət üzrə iddiaçılar dövlət büdcəsinə ödəniləcək vəsaitə dair (1 000 000 manatdan az olmamaqla) təkliflərini bildirməlidir. Qalib gələcəyi təqdirdə iddiaçıdan müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 200 000 (iki yüz min) manat məbləğində vəsaitin beh olaraq ödənilməsi tələb olunur.
Müsabiqənin qalibləri nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 60 gün müddətində əməkhaqqı və ona bərabər tutulan borclar üzrə ödənişləri həyata keçirməli, təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməlidir.
Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: (https://bit.ly/3qzDgsB, https://bit.ly/2SCHWRQ)
İddiaçıların ərizə və təkliflərinin qəbulu 26 iyul 2021-ci il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaqdır.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 28 iyul 2021-ci il, müvafiq olaraq saat 11:00-dan və 15:00-dan başlayaraq həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
11 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
-
28 d. əvvəl
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
-
41 d. əvvəl
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
3 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
3 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb

















