Bu ilin ikinci yarısında Rusiyada avtomobillərin daha da bahalaşacağı proqnozlaşdırlır
Bu ilin ikinci yarısında, Azərbaycanın da bir sıra yeni avtomobilləri aldığı Rusiyada avtomobillər bahalaşmağa davam edəcək. Marja xəbər verir ki, bunu TASS-a Rusiyanın iki böyük avtomobil salonundan- "Rolf" və "Avilon"dan bildirilib. Eyni zamanda, bəzi yeni avtomobil modellərinin çatışmazlığı yaranacaq.
Avtomobil satıcıları iyul-dekabr aylarında avtomobillərin qiymətinin nə qədər artacağını proqnozlaşdırmırlar, lakin "Avilon" ilin birinci yarısında maya dəyərinin artıq 5-10% artdığını qeyd edib.
"Avilon"da, avtomobillərin maya dəyərinin daha da artmasının əsas səbəbləri bəzi avtomobillərin çatışmazlığı, inflyasiya və məzənnədəki dəyişikliklər hesab olunur.
“Yeni avtomobillərdəki bahalaşma dayanmır, xüsusən də bir sıra modellərin qiymətləri iyun ayı ərzində bir qədər də artıb. Qiymətlərin tədricən artmasının yaxın aylarda davam edəcəyi proqnozlaşdırıla bilər. Eyni zamanda, bir çox markada çatışmazlıq var və bu da avtomobill seçimini məhdudlaşdırır", - deyə "Rolf" diler şəbəkəsinin rəsmi nümayəndəsi bildirib.
Müştərilər üçün işlənmiş bir avtomobil almaq daha sərfəlidir, çünki təkrar bazarda maşın qıtlığı yoxdur və qiymətlər daha əlverişlidir.
“2021-ci ilin ikinci yarısında daha da qiymət artımları proqnozlaşdırıla bilər", Avilon-un rəsmi nümayəndəsi bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin birinci yarısında yeni avtomobillərin qiymətləri markasından, modelindən və konfiqurasiyasından asılı olaraq orta hesabla 5-10% artıb. Eyni zamanda, ən böyük artım "Fiat Doblo"da olub 13,2%. Aston Martin, Ferrari, Maserati kimi bir sıra lüks markalar qiymətlərini artırmayıb.
Son aylarda Rusiyadakı ən böyük istehsalçılar avtomobil qiymətlərini artırırlar. Qiymət artımının əsas səbəbləri mikroçip çatışmazlığı, yüksək inflyasiya, metalın bahalaşması və məzənnədəki dəyişikliklərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















