Dövlət Xidməti "Volt Azərbaycan"a maliyyə sanksiyası tətbiq etdi
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən çatdırılma xidmətləri bazarında rəqiblərin üzərində əsassız üstünlük qazanmaq məqsədilə haqsız rəqabətə və antiinhisar qanunvericiliyinin pozulmasına yol verdiyi üçün “Volt Azərbaycan” MMC barədə tədbir görülüb.
Xidmətdən Marja-ya daxil olmuş məlumata görə, araşdırma zamanı məlum olub ki, "Volt Azərbaycan" MMC iaşə müəssisələri ilə bağladığı müqavilələrdə əsas tələb kimi yalnız özünün müstəsna kuryer (çatdırılma) xidməti göstərən şirkət olması şərtini qoyub.
Bununla əlaqədar “Volt Azərbaycan” MMC tərəfindən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulub.
Qanun pozuntusu hallarının aradan qaldırılması barədə “Volt Azərbaycan” MMC-nin qarşısına tələb qoyulub və haqsız rəqabətə yol verdiyi üçün müəssisəyə maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, şirkətə qarşı iş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin araşdırılması zamanı qaldırılıb. Haqsız rəqabət halları ilə rastlaşan sahibkarlar yazılı şəkildə və ya 498-15-01, 498-15-04 nömrəli telefonlar vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























