"Azərbaycandan keçən nəqliyyat dəhlizləri Süveyş kanalına alternativ kimi dəyərləndirilə bilər"
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin aktivləşdirilməsi: Azərbaycanın rolu” mövzusunda onlayn görüş keçirilib.
“ADY Konteyner” şirkətindən Marja-ya daxil olmuş məlumata görə, görüşdə Azərbaycanın İqtisadiyyat Nazirliyinin, Hindistan Ticarət Palatasının, Hindistanın ölkəmizdəki səfirliyinin, Hindistan Ekspeditorlar Assosiasiyasının, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətləri olan “ADY Konteyner” və “ADY Express” , Hindistanın CONCOR şirkətinin, Bakı Limanının nümayəndələri iştirak ediblər.
Vebinarda Rusiyadan Hindistana qədər uzanan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcəyi vurğulanıb. Dəhlizin keçdiyi ölkələrdə infrastruktur layihələri, yüklərin cəlb edilməsi istiqamətində görülən tədbirlərdən danışılıb.
Görüşdə iştirak edən “ADY Konteyner” şirkətinin direktoru Natiq Cəfərov ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanları barədə geniş məlumat verib. “ADY Konteyner” MMC-nin bu günlərdə dəhlizlə Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına yola düşən ilk konteyner blok qatarının operatorlarından biri olduğunu vurğulayıb. Qatarın 22-23 gün ərzində təyinat stansiyasına çatdırılmasının hədəfləndiyini deyib. Bildirib ki, sözügedən marşrut Süveyş kanalına alternativ kimi dəyərləndirilə bilər. Belə ki, dəniz xətləri ilə müqayisədə bu marşrutla Avropanın şimalından Hindistana və əks istiqamətdə yükdaşımaların müddəti kifayət qədər qısalır.
N. Cəfərov Dəhlizlə hərəkət edən ilk blok qatardakı konteynerlərin Finlandiyaya göndərilmiş “ADY Konteyner” şirkətinə məxsus olan dəmiryolu platformaları ilə daşındığını qeyd edib. Uzunməsafəli transkontinental blok qatarların təşkilinin “ADY Konteyner” MMC-nin əsas hədəflərindən biri olduğunu, layihənin gerçəkləşməsi üçün platforma təminatını qurumun öz üzərinə götürdüyünü vurğulayıb.
Vebinar iştirakçılarıDəhlizin aktivləşdirilməsi isitiqamətində bəzi təkliflərlə çıxış ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























