“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” gəlir və xərclərinə düzəlişlər edilir - İCLAS
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının 2021-ci il üzrə növbəti iclası keçirilib.
Azərbaycan İnvestisiya Holdinqindən Marja-ya verilən məlumata görə, iclasda Müşahidə Şurasının üzvləri ilə yanaşı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin üzvləri də iştirak ediblər.
İclasda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2021-2030-cu illəri əhatə edən Strategiyası, gəlir və xərclər smetasına düzəlişlərin edilməsi, habelə Cəmiyyətin fəaliyyətinin əsas səmərəlilik göstəricilərinin təsdiqi və digər cari məsələlər müzakirə olunub.
Müşahidə Şurası tərəfindən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2021-2030-cu illəri əhatə edən Strategiyası ümumən dəstəklənmiş və sözügedən strategiyanın təfərrüatlı şəkildə Müşahidə Şurasının Strategiya və İnvestisiyalar komitəsində müzakirə edildikdən sonra Müşahidə Şurasının təsdiqinə verilməsi qərara alınıb.
Cəmiyyətin gəlir və xərclər smetasına düzəlişlərin edilməsi və əsas səmərəlilik göstəricilərinin təsdiqi məsələsinin isə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Qərarı və 2019-cu il 4 iyun tarixli 257 nömrəli “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarı ilə təsdiq edilmiş müvafiq qayda ilə uzlaşdırılması və bununla əlaqədar Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasında müvafiq müzakirələr aparılaraq Nazirlər Kabinetinə təkliflərin təqdim edilməsi qərara alınıb.
Müşahidə Şurasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin digər cari məsələləri ilə bağlı da geniş müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















